№ 3,
2008
Məqaləni yüklə
İşlənmiş sulfat turşusu məhlulu ilə quyudibi zonaya təsir üsulunun hazırlanması
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məlumdur ki, çirklənmiş quyudibi zonanın keçiricililiyini bərpa etmək və yaxud artırmaq üçün xlorid turşu məhlulundan geniş istifadə edilir. Quyudibi zonanın işlənilməsində bu turşu məhlulunun əsas çatışmayan cəhəti onun süxur tərkibində olan karbonatlı birləşmələrlə yüksək kimyəvi reaksiyaya girmə qabliyyətinə malik olmasıdır. Bu isə layın məsaməli mühitində məhlul qatılığının qısa bir vaxt ərzində azalmasına səbəb olur ki, nəticədə quyudibi zonası nəzərdə tutulan radiusda işlənilmir. Bunu nəzərə alaraq laboratoriya şəraitində məsaməli mühit keçiriciliyinə xlorid və işlənmiş sulfat turşusu məhlullarının, vaxtın və təzyiq düşgüsünün təsirləri tədqiq edilmişdir. Alınmış tədqiqat nəticələri ilə müəyyən edilmişdir ki, işlənmiş sulfat turşusu məhlulu ilə quyudibi zonaya kimyəvi təsir etmək mümkündür. Bu üsulda tövsiyyə olunan işlənmiş sulfat turşu məhlulu ilə terrigen xarakterli layların quyudibi zonası işlənildikdən sonra kimyəvi reaksiya sayəsində məsaməli mühitdə əmələ gelmiş suda həll olmayan kristallik mineral hissəciklərinin çökməsi və bərkiməsinin qarşısını almaq üçün hasilat quyusu 8 saat vaxt keçdikdən sonra 1-3 gün böyük depressiya ilə istismar edilir. Bundan sonra hasilat quyusu mövcud iş rejiminə keçirilir.