Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2008
Məqaləni yüklə fullIssue_icon

Naxçıvan MR-də mövcud olan üst Devon çöküntülərinin Devonun qərbi Avropanın Ardenn-Reyn vilayətində və Dinant hövzəsində yerləşən stratotipik kəsilişləri və Avrasiyanın digər regionlarındakı uyğun stratiqrafik kəsilişləri ilə korrelyasiyası

A.B.Məmmədov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Cənubi Zaqafqaziyada üst devon çöküntüləri Naxçıvan MR ərazisinin qərb hissəsində (Şərur və Sədərək rayonları) və Ermənistan Respublikasının bura yanaşı olan rayonların ərazilərində də yayılmışlar. Burada üst devon iki mərtəbə –  fran və famen mərtəbələri ilə təmsil olunur. Fran mərtəbəsi tərkibində 2 braxiopoda zonası və aşağıdakı 3 laydəstəsi ayrılır: çraxanı, bağarsıx və yaycı laydəstələri. Famen mərtəbəsi, hər biri 1 braxiopoda zonası həcmində ayrılmış, 6 laydəstəsi ilə təmsil olunur: noravanq, ertiç, qədirli, şamamidzor, hortun və arşakiaxbyur laydəstələri – üçbölgülü mərtəbənin hər yarımmərtəbəsində 2 laydəstəsi yerləşir.

Naxçıvan MR-in Şərur və Sədərək rayonları ərazilərində və Ermənistanın qonşu rayonlarında yayılmış üst devon çöküntülərinin uyğun yatımlı və ardıcıl kəsilişləri üzrə ayrılmış, yuxarıda göstərilən stratiqrafik bölgülərin, əsasən laydəstələrinin hər biri Qərbi Avropanın stratotipik kəsilişlərindəki və Avrasiyanın digər regionlarında mövcud olan uyğun stratiqrafik bölgüləri ilə korrelyasiya edilmişdir. Korrelyasiya sxemi məqaləyə əlavə edilir.