Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2008
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın təbii qazlarında helium izotopları nisbətinin dəyişməsinə geoloji şəraitin təsiri

F.H.Dadaşov, S.Ə.Cəfərov, A.Ya.Kabulova, E.F.Ələkbərov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Yer qabığında ³He 4He-ə nisbətən 108 dəfə az əmələ gəlir. ³He-ün əsas mənbəyi ilkin heliumu saxlamış mantiyadır. Buna görə qazlarda ³He/4He-nin yüksək qiymətdə olması maqmatik mənbənin və flyuidkeçirən zonaların olduğunu göstərir. Bu zonalardan Azərbaycanda Naxçıvan, Kəlbəcər və Talış mineral su bulaqlarını göstərmək olar.

³He/4He məlumatları əsasında riyazi statistikanın üsullarından istifadə edərək ayrı-ayrı regionların müxtəlif qaz mənbələrini müqayisə etmək olar. «İki seçilmə t-kriteriyası» üsulu ilə aparılmış hesablamalar əsasında, qazlarında ³He/4He öyrənilmiş regionlarda qazları oxşar olan və olmayan mənbələr ayrılmışdır. Korrelyasiya təhlili nəticəsində istilik axını ilə ³He/4He arasında müsbət əlaqə olduğu müəyyənləşdirilib. Araşdırılan regionlardan altısının istilik axını məlumdur. Bunlardan beşi üçün istilik axını ilə ³He/4He arasında müsbət korrelyasiya əlaqəsi müəyyən edilmişdir.