№ 2,
2008
Məqaləni yüklə
Kaynozoyda Azərbaycanжn təbii şəraitinin təkamülü
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məgalədə paleobotaniki, paleofauna və digər materiallara əsasən кaynozoyda Azərbaycan ərazisinin təbii şəraiti bərpa olunmuşdur. Müəyyən edilmişdir ki, paleogendə (eosen) movcud olmuş rütubətli tropik meşələr oligosenin sonunda, erkən və orta miosendə rütubətli subtropik meşələrlə əvəz olunmuşdur. Pliosenin sonuna yaxın müasir mülayim isti şəraitə uyğunlaşmış meşə örtüyü formalaşmış və pleystosen buzlaşmaları zamanı həmin bitkilərin yayılma arelları daha da kicilmiş və yalnız Lənkəran əyalətində mühafizə olunaraq saxlanılmışdır. Bərpa olunmuş iqlim göstəriciləri кaynozoyun erkən оliqosen, erkən мiosen, erkən pliosen əsrləri üçün iqlim optimumları aşkar etməyə imkan vermişdir. Pleystosenin beş isti optimal iqlim şəraitindən Poylu və erkən xəzər əsrləri (Mindel-Riss), holosendə isə subatlantikanın sonu, subborealın əvvəlində optimal iqlim şəraiti mövcud olmuşdur (4,5 -5 min il əvvəl).