№ 2,
2008
Məqaləni yüklə
Suda həll olan səthi-fəal maddələrin adsorbsiya və desorbsiyasına elektrik sahəsinin təsirinin tədqiqi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə elektrik sahəsinin müxtəlif tip suda həll olan səthi-fəal maddələrin (SFM) dinamiki adsorbsiya və desorbsiyasına təsiri öyrənilmişdir.
SFM-ə nümunə olaraq ionlaşmayan alfenol, kationları fəal olan dmabax və fəal anionlara malik olan sulfoturşudan istifadə olunmuşdur. Tədqiq edilmiş səthi-fəal maddə məhlullarından sabit cərəyanın keçməsi praktiki olaraq onların karbohidrogenli maye sərhədində səthi gərilmə qiymətlərinə təsir etmir.
Müəyyən edilmişdir ki, səthi-fəal maddə molekulalarının kvars adsorbenti dənəcikləri səthində adsorbsiya fəallığı cərəyan sahəsi növündən asılıdır. Belə ki, sabit cərəyan sahəsi təsirində alfenolun adsorbsiya doyma həddi azalır, bunun əksinə olaraq, dəyişən cərəyan sahəsi ilə təsirdə isə artır. Kationları fəal olan dmabax maddəsinin adsorbent səthində maksimal adsorbsiyası sabit cərəyan sahəsi təsirində, minimal adsorbsiya olma miqdarı isə cərəyansız təsir mühitində aparılmış tədqiqatlarda müşahidə edilmişdir. Dəyişən və sabit cərəyan sahəsi təsiri anionları fəal olan sulfoturşunun həddi adsorbsiya miqdarını artırır. Cərəyan təsirləri sahəsində ionlaşmayan və anionları fəal olan SFM-in desorbsiya olma qabiliyyətləri yüksəlir. Kationları fəal olan dmabax maddəsinin adsorbent səthindən desorbsiya olma dinamikasına praktiki olaraq cərəyan sahəsinin təsiri yoxdur.