Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2008
Məqaləni yüklə fullIssue_icon

Abşeron yarımadasının yeraltı sularının formalaşması və sərhəd şəraitlərinin sxemləşdirilməsinin konseptual modeli

Y.H.İsrafilov, İ.R.Məmmədov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Tədqiqat obyekti Abşeron yarımadası hidrosferinin əsas hissəsi olan infiltrasiya mənşəli yeraltı sulardır. Burada hidrogeoloji şərait yarımadanın tektonik quruluşu və həmçinin su təsərrüfatının intensiv fəaliyyətindən asılıdır. Ümumi su balansının gəlir və sərf elementləri qiymətləndirilmişdir. Yeraltı infiltrasiya sularının formalaşma şəraiti və onlara təsir edən amillərin ümumiləşdirilmiş bazasında və yarımadanın bütün hidrosferası ilə birlikdə tədqiq olunan sulu layın sərhəd şəraitləri həm planda və həm də kəsilişdə sxemləşdirilmişdir. Alınmış nəticələr Abşeron yarımadasının riyazi geofiltrasiya modelinin hazırlanması üçün əsas təşkil edir.