№ 2,
2008
Məqaləni yüklə
Naxçivan MR-ın alt və orta Devon çöküntülərinin Devonun Qərbi Avropanın Ardenn-Reyn vilayətində yerləşən stratotipik kəsilişləri və Avrasiyanın digər regionlarındaki uyğun kəsilişləri ilə korrelyasiyası
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Cənubi Zaqafqaziyada alt və orta devon çöküntüləri Naxçıvan MR-in qərb hissəsində (Şərur və Sədərək rayonları ərazisində) intişar edir. Bu çöküntülər ardıcıl kəsilişdə zəngin fauna qalıqlarına və litoloji tərkiblərinə görə çoxlu sayda yerli stratiqrafik bölgülərə – laydəstələrinə və biostratiqrafik zonalara ayrılır.
Devonun alt şöbəsi burada yalnız Ems mərtəbəsi ilə təmsil olunur. Bu çöküntü qatı saraclı laydəstəsi adı ilə ayrılır və iki braxiopoda zonasına bölünür. Orta Devon Eyfel və Jivet mərtəbələri ilə təmsil olunur.
Eyfel mərtəbəsi tərkibində 6 braxiopoda zonası və aşağıdakı laydəstələri ayrılmışdır: Şərur, Vəliqor (=Arazdəyən), Danzik və Volçevorot laydəstələri.
Eyfel mərtəbəsi tərkibində 6 braxiopoda zonası və aşağıdakı laydəstələri ayrılmışdır: Şərur, Vəliqor (=Arazdəyən), Danzik və Volçevorot laydəstələri.
Jivet mərtəbəsi tərkibində 4 braxiopoda zonası və 2 laydəstəsi – Sədərək və Arpaçay laydəstələri ayrılır.
Naxçıvan MR-in alt və orta devon çöküntülərinin ardıcıl kəsilişlər üzrə ayrılmış yuxarıda göstərilən stratiqrafik bölgülər – biostratiqrafik zonalar və əsasən, laydəstələri Qərbi Avropanın Ardenn-Reyn oblastında olan devonun stratotipik kəsilişlərindəki və Avrasiyanın digər regionlarında mövcud olan uyğun stratiqrafik bölgülər ilə korrelyasiya edilmişdir. Korrelyasiya sxemi məqaləyə əlavə edilib.