Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2008
Məqaləni yüklə fullIssue_icon

Kiçik Qafqazın Soyüdlü filiz sahəsində qızıl filizləşməsinin perspektivliyi

Z.M.Məmmədov

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı
B.Ağayev küç. 100(A), E-mail: alunit@box.az

Xülasə

A-
A+
Söyüdlü filiz sahəsində qızıl saxlayan zonalar şimal-qərb istiqamətli çatlarda, hidrotermal-metasomatik dəyişmiş qabbro və serpentinitlərin endo- və ekzo təmaslarında yerləşməklə, cənub-şərq istiqamətində daha cavan, meridianayaxın eninə strukturalarla kəsilib, dərinə salınmışdır. Bununla əlaqədar Söyüdlü filizləşmə sahəsində iki qalxmış (Qərbi Günəşli, Dəmirçidamı) və bir batmış (Şərqi Günəşli) blok müəyyən edilmişdir. Qızıl filizləşməşi üçün perspektivli sahələr qalxmış blokların daxilində yerləşir və burada qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6-22,6 q/t) dəyişir. Şərqi Günəşli sahəsində isə tək-tək təsadüfi hallar nəzərə alınmasa, demək olar ki, qızıl müəyyən edilməmişdir. Bütün bunlar belə qənaətə gəlməyə imkan verir ki, Qərbi Günəşli və Dəmirçidamı təzahürləri qızıl filizləşməsi üçün kifayət qədər yüksək perspektivə malikdir.