№ 2,
2008
Məqaləni yüklə
Kiçik Qafqazın Atabəy plagioqranit intruzivi yataqlarının filiz maddəsinin mənbələri haqqında
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Kiçik Qafqazda mezozoy yaşlı Atabəy-Slavyanka plaqioqranit intruzivi digər eyni yaşlı və eyni tipli intruzivlərdən təkcə özünun, sadəcə, filizliliyi ilə deyil, həm də filizləşmənin müxtəlif cinsli genetik tiplərinin (mis-molibden-porfir, hidrotermal hematit, hidrotermal turmalin) inkişafı ilə fərqlənir. Məqalədə ilk dəfə olaraq bu məsələlərə vahid tektonik-filiz-maqmatik sistemdə ardıcıl əmələ gələn yataqlar kompleksi kimi baxılır. Göstərilən filizləşmələrin birləşməsi tək Kiçik Qafqaz üçün deyil, ümumiyyətlə, nadir hadisədir. Bu, eyni zamanda, geoloji hadisələrin zənginliyini göstərir (filizəmələgəlmə prosesinin sürəkliliyi və bir intruzivin timsalında filizləşmənin çoxetaplılığı). Məqalədə göstərilən filizləşmə tiplərinin mineraloji-geokimyəvi məlumatlara əsasən maddi tərkibinin mümkün mənbələri araşdırılır. Bu obyektlər üzrə izotopiya məlumatları olmasa da, bu heç də o demək deyil ki, filiz maddəsinin mənbələrini araşdırmaq üçün digər tədqiqat növlərinə ehtiyac yoxdur.