№ 1,
2008
Məqaləni yüklə
Qeyri-klassik xəttiləşdirilmiş yanaşma çərçivəsində Yerin daxili quruluşu haqqında
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Yerin təkamülü qeyri-klassik xəttiləşdirilmiş yanaşma (QXY) çərçivəsində, müntəzəm inkişaf fonunda həyəcanlanma (anomaliya) kimi təzahür edən qeyri-dayanıqsızlı tarazılıq hallarının dəyişilmə ardıcıllığı şəklində öyrənilir. Həyəcanlanmış hallar müxtəlif miqyaslı struktur elementlərinin əmələgəlməsini səciyyələndirir və onlar fon halının həndəsi, müxtəlif (ixtiyari təbiətli) qüvvə və deformasiya parametrləri arasında müəyyən böhran münasibətlərdə yaranır. Yerin daxili quruluşunun struktur elementləri deformasiyaya uğrayan sistemin fundamental səciyyələrinə uyğun gəlir; əvvəllər geoloji-geofiziki üsullarla müəyyən edilmiş şaquli və QXY-dən nəticə kimi alınmış yarılma tipli lateral strukturların mövcudluğu nəzəri əsaslandırılır və göstərilir ki, onlar Yerin qanunauyğun inkişafının zəruri mərhələləri şəklində əmələ gəlir; belə və anoloji tektonik strukturların əmələgəlməsinin yeni mexanizmləri təklif olunur.