Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2008
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda hövzə modellənməsinin vəziyyəti və inkişaf perspektivləri

M.F.Tağıyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Cənubi Xəzər çöküntü hövzəsində geoloji-geokimyəvi proseslərin ədədi modelləşdirilməsinə dair ilk elmi işlərin nəşrindən 20 ildən artıq bir dövr keçmişdir. Bu dövr ərzində litosfer plitəsinin fiziki parametrlərinин qiymətləndirilməsindən tutmuş neft və qazın əmələgəlməsi, palçıq diapirlərinin həndəsi formalarının təkamülünə qədər çöküntü qatında gedən dinamik proseslərin geniş spektrinə baxılmışdır. Karbohidrogenlərin generasiya və miqrasiya miqyasının, neft-qaz əmələgəlmənin dərinlik və zaman hüdudlarının qiymətləndirilməsi, anomal yüksək məsamə təzyiqlərinin paylanması istiqamətlərində əhəmiyyətli nəticələr əldə edilmişdir. Bu sahədə ən yüksək tələblərə cavab verən modellərin qurulması məqsədi ilə yerli təşkilatlarda və Qərb şirkətlərində çalışan alim və mütəxəssislər ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi zərurəti qeyd olunur. Cənubi Xəzər tipli müvazinətsiz hövzələrdə modellərin təkmilləşdirilməsi, təbəqə və gilli cismlərin formasının dəyişməsi, çöküntü təbəqəsində dinamik kütlə yerdəyişmələri və faza çevrilmələri, flüidlərin subvertikal miqrasiyasının spesifik mexanizm və kanallarının formalaşmasının 2- və 3-ölçülü ədədi təsvir alqoritmlərinin reallaşdırılmasını tələb etdiyi nəzərə çatdırilır. Gənc tədqiqatçıların və tələbələrin hazırlanması və tədris prosesində modelləşdirmənın aparat-proqram vasitələrinin üstünlükləri qeyd olunur. Azərbaycanda neft-qazçıxarma sənayesinin və nəqliyyat sisteminin sürətli inkişafını nəzərə alaraq, hövzə modellənməsi kimi müasir texnologiyaların tətbiqi ilə regionun neft-qazlılığının proqnozu sahəsində tədqiqatların inkişaf etdirilməsi Yer elmləri sahəsində prioritetli istiqamətlərdəndir