№ 1,
2008
Məqaləni yüklə
Cənubi-Xəzər meqaçökəkliyində qırışiqlığın təzahüretmə qanunauyğunluqları və neftqazlılığının geodinamik aspektləri
SOCAR-ın “Kəşfiyyatgeofizika” Bölümü, AZ1040, Bakı, Yu. Əliyev k., 10
Xülasə
A-
A+
Məqalədə Cənubi- Xəzər çökəkliyi (CXÇ) alp qırışıqlıq zonasında ən cavan çökəklik olaraq kaynozoy mərhələsinin pliosen dövründə enməyə məruz qalmışdır.
CXÇ müasir quruluşunda paylanmış lokal strukturların yaranmasında üçistiqamətli tektonik hərəkətlərin – Qafqaz istiqamətli, eninə istiqamətli və antiqafqaz istiqamətli hərəkətlərin rolu böyük olmuşdur.
Bu tektonik hərəkətlərin dərinliyə qetdikcə izlənilməsində seysmik və qravimetrik materiallardan istifadə olunmuşdur.
Xəzər dənizinin qravitasiya xəritəsində izlənən maksimal zonalar: Qaradağ-Gilavar, Bahar-Neft Daşları, Yavandağ-Sanqaçal və Sefidrut-Qaraboğaz əsasən mezazoy qalxımları ilə əlaqələndirilir. Sonrakı dövrdə pliosen çöküntüləri qeyri-uyğun olaraq mezazoy çöküntülərini örtmüşdür. Bu lokal strukturların yayılmasında aşkar edilmiş qanunauyğunluğa görə beş halqavari antiklinal zonalar ayrılmışdır.
Xəzər dənizinin dərinsulu hissəsinə getdikcə antiklinal qırışıqların vibrasiyası və oxların istiqamətlərinin ümumi Qafqazdan en istiqamətinə dəyişməsi cənubda aşkar edilmiş paleozoy-mezazoy massivı ilə əlaqədardır.