Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2008
Məqaləni yüklə fullIssue_icon

Kiçik Qafqazın Sevan-Əkərə zonasının metallogeniya problemləri

A.C.İsmayılzadə, Y.N.Yemelyanova, Z.A.Vəliyev, Y.N.Lətifova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Sevan-Əkərə zonasında metallogeniyanın maqmatik komplekslərlə qarşılıqlı əlaqəsi araşdırılır. Zonanın filiz formasiyaları – xromit, jivə, qızıl və polimetallar maddi tərkib və geoloji-struktur xüsusiyyətlərinə görə yerləşdirici komplekslərlə: alloxton lövhəciklə, xromit, zonadaxili bütün komplekslərlə məkani uzlaşmada civə, hidrotermal dəyişilmiş zonalarla polimetall və qranitoid maqmatizm ilə paraqenetik bağlılıqda qızıl müxtəlif əlaqədədir. Filiz formasiyalarının əmələ gəlməsinin müstəqilliyini əks etdirən bir və yaxud ikisəviyyəli təzahüretmə formaları nümunə gətirilir.
İlk dəfə qızıl filizi formasiyasının əmələgəlmə prosesində alloxton «ofiolit» lövhəsinin əhəmiyyətli rolu əsaslandırılır. Mis-kolçedan-polimetallik filizləşmənin fərz olunan Lok-Qafan zonasındakı vahid regional filiz-maq¬matik sisteminə mənsubiyyəti qeyd olunur.