№ 1,
2008
Məqaləni yüklə
Azərbaycanda müasir tektonik deformasiyalar və yarıqların aktivliyi haqqında bəzi yeni məlumatlar (GPS ölçülmələrinə əsasən)
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Yer, Atmosfer and Planet Elmləri Departamenti , Massaçusets Texnologiya İnstititu, Kembric, MA, ABŞ
Xülasə
A-
A+
Azərbaycan ərazisində və Qafqazın qonşu regionlarında Qlobal Mövqe Sistemində (GPS) aparılan müşahidələr aktiv qırılma sistemlərinin düzülüşünü və müasir deformasiyaların sürətini kəmiyyətcə tədqiq etməyə imkan verir.
Əvvəllər aparılmış seysmoloji, geofiziki və geoloji tədqiqatlardan çox yaxşı məlumdur ki, 48-ci meridiandan qərbdə, Böyük Qafqazın cənub yamacının kəskin dəyişdiyi xətt boyunca Böyük Qafqaz üstəgəlməsi (BQQ) keçir.
Amma bu en dairəsindən şərqdə BQQ kəskin bucaq altında cənuba tərəf dönərək Kür çökəkliyindən keçib Xəzər dənizinin qərb sahili boyunca davam edir (bu, Qərbi Xəzər qırılması –QXQ adlanır).
48-ci meridiandan qərbdə BQQ üstəgəlmə olduğu halda, Abşeron yarımadasından cənubda yerləşən QXQ 11±1 mm/il sürəti ilə hərəkət edən sağ tərəfli qırılmadır.
Aparılan tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal tərəfində Dağıstan ərazisində Ş-Q istiqamətli olan və Şimali Xəzərin sahil hissəsindən cənuba tərəf dönən qırılma boyunca 4±1mm/il sürəti ilə qısalma baş verməsi haqda da məlumatlar əldə edilmişdir.
Qırılmaların düzülüşü Bakı regionunun dörd qırılma sisteminin BQQ Qərbi Xəzər, Şimali Xəzər və Mərkəzi Xəzər seysmik zonanın kəsişmə düyünündə olduğunu göstərir.
BQQ boyu şərqdən qərbə doğru 48°-lik meridiandan başlayaraq Azərbaycanın şimal-qərb regionuna kimi (~46° şərq uzunluq dairəsi) qısalma sürəti 10 ± 1 mm/il qiymətindən 4 ± 1 mm/il qiymətinə kimi azalır.
Azərbaycan ərazisində Kiçik Qafqaz və Kür çökəkliyində isə aktiv qısalma əlamətləri qeyd olunmamışdır. Burada hər hansı bir müşahidə olunan sürət dəyişməsi limit qiymətindən (± 0.5 mm/il) azdır.
Horizontal hərəkətlərin ümumi konfiqurasiyası göstərir ki, Kiçik Qafqaz və Kür çökəkliyi bir-birinə bağlı şəkildə (yəni kiçik və ya daxili deformasiyasız) Batumi şəhəri (Gürcüstan) yaxınlığında yerləşən fırlanma mərkəzinə nəzərən saat əqrəbinin əksi istiqamətində fırlanır və bunun da nəticəsində qısalma sürəti BQQ boyu şərqdən qərbə artır.
Qırılmaların aktivliyini xarakterizə edən yeni GPS ölçüləri zəlzələlərin təhlükəliliyini qiymətləndirmək üçün gərəkli fiziki bazanın təkmilləşdirilməsini təmin edir.