№ 4,
2007
Məqaləni yüklə
Xəzər dənizi səviyyəsinin tərəddüdünü tədqiq etmək üçün peyk radar altimetriyasının tətbiqi
1 – CNES/LEGOS, 14 Edouard Belin avenü, 31400 Tuluz, Fransa
2 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
3 – LEGOS 14 Edouard Belin avenü, 31400 Tuluz, Fransa
Xülasə
A-
A+
TOPEX/Poseidon, Jason-1, GFO və ENVISAT peyklərinin altimertləri ilə Xəzər dənizinin zonası tam əhatə olunur. Xəzər dənizinin səviyyəsi haqqında TOPEX/Poseidon peykindən 1992-ci ilin sentyabr ayından 2002-ci ilin avqust ayınadək alınmış məlumatları həmin treklər boyunca Jason-1 peykindən 2002-ci ilin yanvar ayından bu günədək alınan məlumatlarla tamamlamaq imkanından istifadə edərək, onlar üçün yeni zaman sırası qurulmuşdur. TOPEX/Poseidon və Jason-1 peyklərinin verdiyi rəqəmlər arasında orta fərq hesablanmışdır (rekonstruksiyadan sonra bütün treklər üçün hesablanmış orta fərq – 0,06 m təşkil edir). Jason-1 və ENVISAT peykləri üçün zaman sırası qurulmuş, həmçinin bu peyklərin verdiyi rəqəmlər arasında orta fərq hesablanmışdır (hesablanmış orta fərq – 0,35 m təşkil edir). TOPEX/Poseidon və GFO peyklərinin verdiyi rəqəmlər arasında orta fərq – 0,15 m təşkil edir. Müxtəlif peyk altimetrlərinin verdiyi rəqəmlər arasında orta fərqin tapılmış qiymətləri 1993-cü ildən bu günədək Xəzər dənizi səviyyəsinin tərəddüdünün çoxpeykli yanaşma metodu ilə hesablanması üçün tətbiq edilmişdir. Alınan nəticələr göstərir ki, illərarası dəyişmələrlə Xəzər dənizi hövzəsinin hidroloji şəraiti arasında korrelyasiya mövcuddur. TOPEX/Poseidon və Jason-1 trekləri boyunca həmçinin Xəzər dənizi səviyyəsinin tərəddüd amplitudu hesablanmışdır. Hesablama seçilmiş treklər boyunca özəklərlə aparılmış, sonra isə siqnalın treklər boyunca illik amplitudunu, habelə amplitudun bütün Xəzər dənizi üzrə interpolyasiyasını göstərən xəritələr tərtib edilmişdir. Nəticələrə görə, səviyyə tərəddüdünün amplitudu hövzə üzrə sabit deyil. Tərtib olunmuş xəritədən aydın görünür ki, Xəzər dənizinin mərkəzi hissəsində illik amplitud 18 sm-dən çoxdur. Hövzənin şimal hissəsində illik amplitud 10 sm-dən artıq deyil, cənub hissəsində isə illik amplitud 17 sm-ə yaxındır. Buxarlanma, yağıntılar, qarların əriməsi, Volqa və Ural çaylarının axını alınmış nəticələrin məqbul izahı kimi qəbul oluna bilər.