№ 3,
2007
Məqaləni yüklə
Yüksək tezlikli elektrik sаhəsində torpağın dielektrik nüfuzluğunun təcrübi nəticələrinin nəzəri izahı
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə bir çox (dağ-çəmən, sarı gilli, dağ-qəhvəyi, boz-qəhvəyi (şabalıdı), çəmən-boz, suvarılan boz-çəmən və s.) torpaq növlərində elektrik sahəsinin müхtəlif (0,4 MHs – 10,0 MHs) tezlik intervalında dielektrik nüfuzluğunun onun rütubətlənmə dərəcəsindən asılılığının təcrübə yolu ilə öyrənildiyi bildirilir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, fiksə olunmuş temperatur, həcmi çəki və elektrik sahəsinin müхtəlif tezliyində torpağın dielektrik nüfuzluğunun onun rütubətlənmə dərəcəsindən asılılığının forması qismən bir-birinə oxşayır. Amma ədədi qiymətcə onlar bir-birindən kifayət qədər fərqlənir. Bu oxşarlıqları nəzərə alaraq və qarşıya qoyulan məqsədə çatmaq üçün məqalədə bir torpaq nümunəsi timsalında tədqiqat işi aparılmışdır. Alınan təcrübi nəticələr riyazi statistika yolu ilə təhlil edilərək torpağın dielektrik nüfuzluğu ilə onun rütubətlənmə dərəcəsi arasında asılılığı ifadə edən empirik düstur müəyyənləşdirilmişdir. Məqalədə təcrübi nəticələrlə həmin düsturun uyğunluğu araşdırılaraq, onun nəzəri izahı təhlil edilmişdir.Aldığımız təcrübi nəticələr və təhlil etdiyimiz riyazi düstur onu göstərir ki, elektrik sahəsinin yüksək tezliyi intervalında torpaqların dielektrik nüfuzluğunu ölçərkən meydana çıxa biləcək polyarlaşmalar nəzərə alınmalıdır. Ona görə də təklif olunur ki, kütləvi şəkildə istehsal olunacaq elektriklə nəmlik ölçən cihazların hazırlanmasında müəyyən edilmiş riyazi ifadə nəzərə alınsın.