Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2007
Məqaləni yüklə fullIssue_icon

Kiçik Qafqazın cənub-şərq yamacında əsas ağac cinslərinin yaşıl yarpağının kimyəvi tərkibinin əsas xüsusiyyətləri (Azərbaycan ərazisi daxilində)

Ş.İ.Mirzəyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Bitkilərin həyatında yaşıl yarpağın rolu olduqca böyükdür. Məlum olduğu kimi, yaşıl yarpaq vasitəsilə bitkilər günəş enerjisini fotosintez yolu ilə üzvi aləmin enerjisinə çevirir. Buradan da yaşıl yarpağın bütün biogeosenozların inkişafında əvəzsiz rolu məlum olur.

Məqalədə tədqiq olunan ərazidə inkişaf etmiş Şərq çinarı, Şərq palıdı, Qafqaz vələsi, ardıc və digər quraqlığa davamlı ağac və kolların normal inkişaf mərhələsində yaşıl yarpağın kimyəvi (kül tərkibi) tərkibini öyrənmək məqsədi ilə nümunə meydançaları, model ağaclar seçilmişdir. Tədqiqat yarımstasionar şəraitdə aparılmışdır. Şərq çinarının yarpağında 9,89%, Şərq palıd yarpağında 6,27%, vələs yarpağında 7,41%, ardıc yarpağında 6,04% kül elementlərinin olduğu müəyyən edilmişdir.