Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2007
Məqaləni yüklə fullIssue_icon

Aylıq asılı gətirmələr axımının proqnoz əlaqələri (Azərbaycan Respublikası timsalında)

C.H.Məmmədov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalədə aylıq asılı gətirmələr axımının proqnoz əlaqlərinin tərtib olunması verilmişdir. Bununla əlaqədar aylıq asılı gətirmələr axımının kəmiyyətləri əsasən sel və daşqın recimli çaylar üçün dərindən təhlil edilmişdir. Aylıq asılı gətirmələr axımının proqnoz əlaqələrinin tərtibində əsas amil kimi selli çaylarda özündən bir ay əvvəlki atmosfer yağıntılarından, daşqın recimli çaylarda isə özündən bir ay əvvəlki su sərflərindən istifafdə edilmişdir. Yay aylarıında atmosfer yağıntılarının fasiləli düşməsi səjiyyəvi olan çaylar üçün aylıq asılı gətirmələr axımının proqnoz əlaqələrinin çoxsaylı əyrilər qrupundan ibarət olunması müəyyən edilmişdir. Bununla yanaşı, atmosfer yağıntılarının ayrı-ayrı illərdə qeyri-bərabər düşməsi ilə azsulu və çoxsulu illərin təkrarlanması və proqnoz əyrilərinin iki qoldan ibarət olması aşkar olunmuşdur.

Tədqiq olunmuş əlaqələrdən hidrotexniki qurğuların layihələşdirilməsində və tikintisində, az və ya zəyif öyrənilmiş çaylar üçün aylıq asılı gətirmələr axımının proqnozlarının verilməsində az xəta ilə istifafdə oluna bilər.