№ 3,
2007
Məqaləni yüklə
Xəzərin çirklənməsində çayların rolu
1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
2 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalə Xəzər dənizinin çirklənməsində müxtəlif çayların rollarının təhlilinə həsr edilmişdir. Müəlliflərin fond, nəşr edilmiş və şəxsi tədqiqat materiallarının yığılması və ümumiləşdirilməsi əsasında Xəzəryanı ölkələrdən dənizə axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsi aparılmış, həmçinin Azərbaycanın müxtəlif çaylarının dənizin çirklənməsindəki payı öyrənilmişdir. Müəyyən edilmişdir ki, Kür çayı ona tökülən Araz çayı ilə birgə Azərbaycan çayları arasında ən çirkli çaylardır. Xəzər dənizinin ekosistemi üçün qurğuşun, kadmium, arsen kimi ağır metallarla bərabər, həmçinin fenollar, civə duzları, mis də geniş yayılmış çirklədirici maddələrdir. Volqa hövzəsindən Xəzərə axan radionuklidlər də müəyyən təhlükə kəsb edir.
Məqalədə nabelə Xəzərin Azərbaycan sektorunun sahilyanı hissəsinin dib çöküntülərinin çirklənməsi barədə məlumatlar verilmişdir. Xəzərdə iqlim şəraitindən asılı olaraq, Volqa çayı və Bakı şəhəri çirkab sularının timsa¬lında çirklənmələrin yayılmasının model hesabatlarının nəticələri təqdim edilmişdir. Bu məlumatlar əsasında müəlliflər belə bir nəticəyə gəliblər ki, Xəzərin ekologiyası sahilyanı dövlətlərin hər birinin mühüm problem oloraq qarşısında durur və bu su hövzəsinin ekolojı təhlükəsizliyinin təmin edilməsi çox əsas vəzifələrindən biridir.