Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2007
Məqaləni yüklə fullIssue_icon

Azərbaycan Respublikasının mineral və termal sularının rekreasion-coğrafi qiymətləndirilməsi

E.M.Hacıyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Azərbaycanın mineral və termal sularının müalicəvi cəhətdən qiymətləndirilməsinin əsas məqsədi onların rekreasiya və turizm sahəsində səmərəli istifadəsinin təşkilidir. Bu məqsədlə onların klassifikasiyası öyrənilir, rekreasiyon-coğrafi qruplaşması işləri aparılır və müasir ehtiyatları göstərilir. Azərbaycan müalicə əhəmiyyəti olan zənğin mineral və termal su ehtiyatlırına malik olmasına baxmayaraq, onlardan səmərəli istifadə etmir. Bu ehtiyatların 90%-dən çoxu istifadə olunmadan axıb çaylara tökulür. Məqalədə göstərilir ki, mineral sular böyuk iqtisadi potensiala malikdir. Onların istifadə olunmayan hissəsini ixrac etməklə budcəyə külli miqdarda valyuta toplamaq olar. Müalicə əhəmiyyətindən başqa, mineral sular kimya, farmakaloqiya və istilik enerğetikası sənayelərinin tükənməz xammal mənbəyidir.

Azərbaycanda minə qədər mineral su mənbəyi kəşf olunmuşdur. Onlardan ən çox gələcəyi olan 33 mənbə seçilmiş, təsnifatı verilmiş, ətraflı öyrənilmişdir. Onlarn xəritəsi tərtib olunmuş və rekreasion-turizm fəaliyyətinin inkişafına tövsiyələr təklif edilmuşdur.