№ 3,
2007
Məqaləni yüklə
Karbohidrogen mayelərin elastiki dalğalar sahəsindəki xüsusiyyətləri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə karbohidrogen mayelərin 6-12 herts kiçik tezliklər diapazonunda olan elastik dalgalar mühitində özlərini aparması xüsusiyyətlərinin laboratoriya – eksperiment nəticələri verilir. Elastiki dalğaların parametrindən aslı olaraq karbohidrogen mayelərin müəyyən bərklikləri qiymətində damcıların ölçülərinə görə müxtəlif özlülüklərə malik daha kiçik damcılara parçalanması və onların bərk səthlərdən qoparılması təyin edilmişdir. Karbohidrogen mayelərin molekulyar strukturasının dəyişməsi və bununla əlaqədar kiçik tezlikli titrəmə təsiri altında adgeziya və kogeziya işlərinin nisbətinin dəyşməsi buna səbəb ola bilər. Əlavə olaraq, neft laylarına vibrasiyalı təsir etmə zamanı neftin bərkliyindən aslı olaraq özlülüyünün dəyişməsi səbəbi də təhlil edilir.