Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2007
Məqaləni yüklə fullIssue_icon

Böyük Qafqazın yura yaşlı alloxton kompleksləri (Azərbaycan)

T.N.Kəngərli

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə şaryaj tektonikası baxımından Böyük Qafqazın Azərbaycan hissəsinin alt-orta yura yaşlı struktur-maddi kompleksin guruluş xüsusiyyətləri nəzərdən keçirilir. Aparılmış ümumiləşdirmələr və alınmış nəticələr Azərbaycan hüdudlarında aparılmış son geoloji-geofiziki tədqiqatların materiallarında da öz əksini tapmış bu dağ silsiləsinin alp çökmə örtüyü və yurayaqədər təməlinin tektonik laylanması barədə təsvirlərə əsaslanır. Şimaldan cənuba ardıcıllıqla üst-üstə gəlmiş və birlikdə Cənub-Qafqaz mikroplitəsinin şimal qanadının üstünü örtmüş Şaxnabad-Cimiçay, Tufan, Sarıbaş və Talaçay-Duruca alloxton kompleksləri ayrılır. Alloxton komplekslərin əmələ gəlməsi Cənub- və Şimal-Qafqaz kon¬tinental mikroplitələrinin altaçəkmə-üstəgəlmə qarşılıqlı təsir zonasında baş verən kimmeri tangensial sıxılma deformasiyalarının son mərhələsinin subfazaları ilə əlaqələndirilir.