Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2021
Məqaləni yüklə fullIssue_icon

Xəzər dənizi səviyyəsinin dəyişilmələri və onun Azərbaycan Respublikasının sahil zonasında nəticələri

Əliyev Ə.S., Tatlıyeva Z.İ., Əhmədova R.Y., Süleymanlı D.Q.

Azərbaycan Milli Elmlər Akademiyasınin akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H. Cavid pr., 115: amir 50@ mail.ru

Xülasə

A-
A+
 Məqalədə Xəzər dənizinin səviyyə dəyişilmələri və bu prosesin Azərbaycan Respublikasının sahilyanı zonasındakı fəsadları təqdim olunur. Dəniz səviyyəsindəki kəskin dəyişikliklərin mənfi nəticələri göstərilir (1929-1977-ci illərdə azalma və 1978-1995-ci illərdə yüksəlmə). Dənizin sahil zonasında yerləşən inzibati rayonlar üzrə subasmaya məruz qalan ərazilərin sahələrinin qiymətləndirilməsi verilmişdir. Azərbaycan Respublikasının sahil zonasının subasmaya məruz qalan ərazilərini öyrənmək üçün distansion (sahil zonasının aero – foto şəkilləri) məlumatlardan, dəniz səviyyəsinin instrumental ölçülərindən və həmçinin topoqrafik və te-matik xəritələrdən istifadə edilmişdir. Sahil zolağının 100-ə yaxın xəritəsi 1: 25000 miqyasında tərtib edilmişdir. Bu məlumatlar əsa-sında sahil zonasının inzibati rayonlar üzrə subasma sahələrinin qiymətləri müəyyən edilmişdir. Sahil zonasında, xüsusilə Abşeron yarımadasında yerləşən sənaye və kənd təsərrüfatı obyektlərinə dəniz səviyyəsinin qalxmasının neqativ nəticələri təqdim edilir. Dəniz səviyyəsinin tərəddüdlərinin əsas səbəbinin iqlim və geoloji proseslər olduğu təsdiq edilir. Səviyyə dəyişilmələri iqlim konsepsiyası daxilində onilliklərdən əsrlərə qədər və geoloji konsepsiya çərçivəsində isə əsrlərdən minilliyə qədər müddətlərdə baş verir. Tektonik proseslər fonunda iqlim dəyişilmələri baş verir. Sonuncusu, dənizin sutoplama hövzəsi və akvatoriyasındakı hidrometeoroloji şəraitin və Xəzərin su balansı elementlərinin dəyişilməsinə səbəb olur. Tarixi dövr ərzindədə (son 3500 il) dəniz səviyyəsinin əsrlər üzrə (100 illiklər) dəyişilmələri və instrumental ölçmələrin illər üzrə (son 190 il) dəyişiklikləri təhlil edilir. Xəzər dənizinin səviyyəsinin ən azı 21-ci əsrin ortalarına qədər enməkdə davam edəcəyi (proqnozu) barədə fərziyyə irəli sürülür.

Açar sözlər: Xəzər dənizi, səviyyə tərəddüdləri, sahilyanı zona, subasma, dəniz səviyyəsinin proqnozu

 

ƏDƏBİYYAT

Aliev A.S. Relationship between level fluctuations and salinity of the Caspian Sea. Meteorologiya i Gidrologiya, No. 2, 1997, pp. 61-63 (in Russian).

Aliev A.S., Veliev S.S. Dynamics of the Caspian Sea level change in historical time and the near future. Meteorologiya i Gidrologiya, No. 3, 1999, pp. 79-87 (in Russian).

Aliev A.S. Rise of the level of the Caspian Sea and flooding of the coastal zone of the Republic of Azerbaijan. Elm. Baku, 2001, 144 p. (in Russian).

Frolov A.V. Modeling of long-term fluctuations in the level of the Caspian Sea: theory and applications. GEOC. Moscow, 2003, 171 р. (in Russian).

Kaplin P.A. Consequences of climate change in the Caspian Sea region. Regional Overview Document for 1995. UNEP, Geneva, 1997, 125 p. (in Russian).

Kritsky S.N., Korennistov D.V., Ratkovich D.Ya. Fluctuations in the level of the Caspian Sea. Nauka. Moscow, 1975, 159 p. (in Russian).

Mamedov T.A., Huseyn-zade O.D., Yashenko V.R. To the prob-lem of the Caspian Sea level drop. Reports of the Academy of Sciences of the Azerbaijan SSR, Vol. 32, No. 4, 1976, pp. 66-70 (in Russian).

Mamedov R.M. Hydrometeorological variability and eco-geographical problems of the Caspian Sea. Elm. Baku, 2007, 436 p. (in Russian).

Nesterov E.S. Water balance and fluctuations in the level of the Caspian Sea. Modeling and forecasting. Triada LTD. Mos-cow, 2016, 378 p. (in Russian).

Panin G.N., Solomonova I.V., Vyruchalkina T.Yu. The regime of the components of the water balance of the Caspian Sea. Water resources, Vol. 41, No. 3, 2014, pp. 488-495 (in Russian).

Panin G.N., Mamedov R.M., Mitrofanov I.V. The current state of the Caspian Sea. Nauka. Moscow, 2005, 356 p. (in Russian).

Rodionov S.N. Modern climate change in the Caspian Sea. Gidrometeoizdat. Moscow, 1989, 124 p. (in Russian).

Terziev F.S., Nikonova R.E. Some results of studying the current state of the hydrometeorological regime of the Caspian Sea and prospects for further research. Hydrometeorological aspects of the problem of the Caspian Sea and its basin. Gidrometeoizdat. St-Peterburg, 2003, pp. 239-253 (in Russian).

Tuzhilkin V.S., Kosarev A.N., Arkhipkin V.S., Nikonova R.E. The long-term variability of the hydrological regime of the Caspian Sea due to climate variations. Bulletin of Moscow University, Vol. 5: Geography, No. 2, 2011, pp. 62-71 (in Russian).

Zalogin B.S., Kosarev A.N. Some natural and economic problems of the Caspian Sea. Geography at school, No. 5, 1973, pp. 18-20 (in Russian).

Zhilo P.V. To the question of the impact of lowering the level of the Caspian Sea on the national economy. In collection: “Fluctuations in the level of the Caspian Sea.” Vol. 2, AN SSSR Publishing. Moscow, 1954, pp. 118-126 (in Russian).

DOI: 10.33677/ggianas20210200066