№ 2,
2021
Məqaləni yüklə
Cənubi Xəzər meqaçökəkliyində sıxılma gərginliklərinin intensivliyinin keyfiyyətcə qiymətləndirilməsi, onların strukturəmələgəlmə proseslərinə və karbohidrogenlərin genezisinə təsiri
1 – AMEA-nın Neft və Gaz Institutu AZ 1000, Bakı şəh., F.Əmirov küç., 9: vaqifqurbanov@mail.ru, huseynova_shalala@yahoo.com
2 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı şəh., Azadlıq prosp., 34, Bakı, Azərbaycan: gultar_nasibova_1@yahoo.com, mukhtarova.khuraman@mail.ru, rustam.narimanov@asoiu.edu.az, nariman.narimanov40@asoiu.edu.az
Xülasə
A-
A+
Cənubi Xəzər meqaçökəkliyinin (CXMÇ mərkəzi seqmenti olan Cənubi Xəzər hövzəsinin (CXH) formalaşmasının geodinamik şəraitinin tədqiqi göstərir ki, Miosenin sonuna qədər o, İran və Avrasiya plitələri arasında yerləşən və Tetis okeanının ən dərin çökəkliklərindən biri olmuşdur. İran və Anadolu plitələrinin yaxınlaşması nəticəsində artıq Eosenin sonunda Cənubi Xəzər kontinent kənarı hövzə kimi formalaşmışdır. Cənubi Xəzər meqaçökəkliyi yatağının kompensasiya olunmamış çökməsi fonunda avtonom şəkildə inkişaf edən bir sıra müxtəlifölçülü struktur elementlərə bölünür. Məqalədə qərbdən şərqə doğru CXMÇ-nin aşağıdakı struktur elementləri nəzərdən keçirilir: Kür və Qabırrı çaylararası çökəkliyi, Aşağı Kür çökəkliyi, Bakı arxipelaqı çökəkliyi, Azərbaycan ərazisində əsasən Abşeron arxipelaqı ilə təmsil olunan Abşeron-Balxanyanı qalıq subduksiyasının qərb hissəsi, Qodin massivinin hesabına yaranan Türkmənistan şelfi. CXMÇ-nin nəzərdən keçirilən struktur elementləri daxilində yerli qalxımların ölçülərinin müqayisəsi əsasında, müəlliflər bu ərazilərdə sıxılma gərginliklərini, onların xarakterini və geoloji proseslərə təsirini keyfiyyətcə qiymətləndirməyə çalışmışlar. Bu məqsədlə baxılan struktur elementlər daxilində yerləşən qalxımların morfologiyasını əks etdirən xəritələr qurulmuş və təhlil edilmişdir. Tədqiqat nəticəsində sıxılma gərginlikləri, strukturəmələgəlmə, palçıq vulkanizmi və neft-qazlılıq arasında birbaşa əlaqənin olduğu müəyyən edilmişdir. Müəlliflər tərəfindən CXMÇ-nin ayrı-ayrı struktur elementləri üzrə sıxılma gərginliklərinin intensivliyi keyfiyyətcə qiymətləndirilmiş və həmin gərginliklərin strukturların formalaşmasına və neft-qazlılığa təsiri müəyyən edilmişdir. Beləliklə, Cənubi Xəzər hövzəsi toqquşma və qalıq subduksiya zonaları ilə əhatə olunmuş, intensiv sıxılma gərginliklərinə, gömülməyə və çöküntütoplanmaya məruz qalan, kompensasiya olunmayan hövzə kimi inkişaf etmişdir. Tədqiq olunan struktur vahidlərdə palçıq vulkanizminin inkişaf dərəcəsi ilə sıxılma gərginliklərinin intensivliyi arasında birbaşa əlaqə mövcuddur: birincisi ikincinin göstəricisidir. Qodin massivində palçıq vulkanizminin olmaması əlverişli paleocoğrafi şəraitin və sıxılma gərginliklərinin olmaması ilə əlaqələndirilir. Dağlararası hövzələrdə sıxılma gərginlikləri neft-qazlılığa müsbət təsir göstərir, yəni sıxılma gərginlikləri, palçıq vulkanizmi və karbohidrogenlərin əmələ gəlməsi geostruktur vahidlərlə bağlıdır.
Açar sözlər: palçıq vulkanizmi, sıxılan gərginliklər, Abşeron arxipelaqı, neft, qaz
ƏDƏBİYYAT
Akhmedov A.H. The mechanism of formation of the South Caspian megadepression and basic patterns of its tectonic evolution. Oil and gas, No. 3, 1987, p. 25-30 (in Russian).
Aliyev Ad.A., Guliyev I.S., Dadashov F.H., Rahmanov R.R. World mud volcanoes atlas. Nafta-Press. Baku, 2015, 323 p. ( in Russian).
Aliyev I.A., Bagir-zadeh F.M., Bunyat-zadeh Z.A. et al. The map of the oil and gas fields and prospect structures of Azerbaijan SSR. Institute of Geology after Academician Gubkin I.M. Academy of Sciences of the Azerbaijan SSR. Head Office of Geodesy and mapping of the Council of ministers of the USSR. Moscow, 1985 (in Russian).
Buryakovski L.D., Djafarov I.S., Karimov V.Y. Exploration of offshore oil and gas fields. Nedra. Moscow, 1991, 232 p. (in Russian).
Feyzullayev A.A., Gadirov F.A., Gadirov A.H. Tectonic and geophysical model of the South Caspian in connection with oil and gas content. Earth physics, No. 5, 2016, pp. 1-11 (in Russian).
Feyzullayev A.A., Huseynov D.A. Oil and gas generation specifics within the Baku Archipelago. Azerb. Oil Industry, No. 4, 2002, p. 1-5.
Gamkrelidzeh I.P. Mobilism and problems of tectonics of Caucasus. In: Problems of geodynamic of Caucasus. Nauka. Moscow, 1982, p.4-8 (in Russian).
Kadirov F.A., Guliyev I.S., Feyzullayev A.A., Safarov R.T., Mammadov S.K., Babayev G.R., Rashidov T.M. Deformations of the earth crust in Azerbaijan based on the GPS data and their impact upon seismicity and mud volcanism. Earth physics, No. 6, 2014, pp. 99-107. (in Russian).
Kadirov F.A., Safarov R.T. Deformation of the Earth crust of Azerbaijan and the adjacent territories based on GPS measurement data. ANAS proceedings. The sciences of Earth, No. 1, 2013, p. 47-55 (in Russian).
Lebedev L.I. The Caspian Sea, geology and oil and gas content. Nauka. Moscow, 1987, 296 p. (in Russian).
Mamedov P.Z, Babayev D. South Caspian Megatrough Seismostratigraphy. Presented at the AAGP International Conference Exhibition, Nice, France, September, 1995, p.14.
Narimanov N.R. Geodinamic setting of margins of the South Caspian megadepression. Azerbaijan geologist, No. 10, 2005a, pp. 26-32. (in Russian).
Narimanov N.R. Geodynamic aspects of structure formation in the South Caspian depression. Baku, Azerb. Oil Industry, No. 9, 2005b, pp. 14-21 (in Russian).
Narimanov N.R. Geodynamic aspects of formation of the sedimentary mantle of the South Caspian depression. Oil and gas geology, No. 6, 2003, pp. 26-31. (in Russian).
Oil and gas prospects of the Turkmen shelf of the South Caspian megadepression. http://www. Oilgas.gov.tm/compositiona/ 19 08.11.2015. (in Russian).
Rahmanov R.R. Mud volcanoes and their importance in predicting gas and oil content of the depths. Nedra. Moscow, 1987, 176 p. (in Russian).
Reilinger R., McClusky S., Vernant P. et al. GPS constraints on continental deformation in the Africa-Arabia-Eurasia continental collision zone and implications for the dynamics of plate interactions: eastern Mediterranean active tectonics. J. Geophys. Res., Vol. 111, No. B5, B05411, 2006, https://doi.org/10.1029/2005JB004051.
Sokolov B.A. Evolutionary and geodynamic criteria for assessment of oil and gas content of the depths. Nedra. Moscow, 1985, 168 p. in Russian).
Yagubov A.A., Alizade A.A., Zeynalov M.M. Azerbaijan SSR mud volcanoes. Atlas. Baku, 1971, 257 p. (in Russian).
Zonenshayn L.P., Kuzmin M.I., Natapov L.M. The plate tectonics of the USSR. Vol. 2. Nedra. Moscow, 1990, 334 p. (in Russian).
DOI:
10.33677/ggianas20210200061