№ 2,
2021
Məqaləni yüklə
Lök-Qarabağ zonasının mərkəzi hissəsinin gec yura və erkən təbaşir yaşlı intruziv komplekslərinin formalaşmasının petroloji xüsusuyyətləri
1 – AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 119: musamamedov@rambler.ru
2 – AZ1065, Bakı şəh., İzmir küç., 1033, Hayat Tower 2
Xülasə
A-
A+
Məqalədə petroloji xüsusiyyətlər əsasında Gədəbəy-Söyüdlü intruzivinin formalaşmasının geoloji və fiziki-kimyəvi şə-raiti araşdırılır. Müəyyən olunmuşdur ki, Gec Yura-Erkən Təbaşir yaşlı bu intruzivin effuziv komaqmatitləri Şəmkir horst antiklino-riumunun şimal-şərq və qərb hissəsində yayılmışdır. İntruzivin fəaliyyətinin erkən fazası nisbətən yüksək temperaturda kristallaşmışdır. Bu fazanın hidrotermal məhlulları Qədir təzəhüründə kobaltin-millerit filizləşməsinin əmələ gəlməsinə və yerləşməsinə zəmin yaratmışdır. İkinci, kvarslı diorit fazasının diferensiatları isə iki istiqamətdə təkamül etmişdir: öncə diorit–kvars-diorit–tonalit–banatit–qranodiorit–qranit diferensiatları formalaşmışdır. Bunların hidrotermal məhlulları ilə qızıllı dəmir kolçedanı və mis kolçedanı fi-lizləşməsinin əlaqədar olması göstərilir. İkinci halda kvarslı diorit-kvarslı monsodiorit-siyenit diferensiatları qızıllı polimetal filizləşməsi ilə əlaqədardır. Sonuncu Gədəbəy-Söyüdlü intruzivinin şimal-qərb cinahında aşkar olunmuşdur. Tədqiq olunan diferensiatların kristallaşma temperaturları və oksigenin parsial təzyiqləri iki–piroksen və maqnetit-ilmenit termometrlərindən istifadə etməklə hesab-lanmışdır. Bu süxurların tərkiblərində iştirak edən mötədil titanlı maqnetit-ilmenit tarazlıqları əsasında Gədəbəy-Söyüdlü çoxfazalı intruzivinin ayrı-ayrı fazalarının diferensiatlarının kristallaşma temperaturları 800-870ºC arasında dəyişir. Kristallaşma prosesinə nəzarət edən oksigenin parsial təzyiqi isə maqnetit-hematit buferinə uyğun gəlməklə 10-13-10-15 arasında dəyişir. İntruzivin ilkin əhəngli-qələvi bazalt maqması yer qabığının müxtəlif hüdudlarında maqmadaşıyan qırılmaların aktivliyindən asılı olaraq kameralarda kris-tallaşma prosesinə cəlb olunmaqla intruzivin fazalarının əmələ gəlməsinə zəmin yaratmışdır. Hər fazanın qalıq hissəsi, yaxud hidrotermal məhlulları intruzivin təmas süxurlarına və onlardan əvvəl kristallaşmış süxur komplekslərinə termiki təsir edərək filizyerləşdirən metasomatitləri əmələ gətirmişdir. Kompleks geoloji-geodinamik və petroloji tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, Gədəbəy-Söyüdlü çoxfazalı intruzivi yetgin adalar qövsü şəraitində formalaşmışdır.
Açar sözlər: Gədəbəy-Söyüdlü intruzivi, diferensiatların kristallaşma temperaturları və oksigenin parsial təzyiqləri, qabroid fazası, kvars-diorit fazası
ƏDƏBİYYAT
Abdullaev R.N. et al. Age division of the magmatic formations in the north-eastern part of the Lesser Caucasus according to the K-Ar method. Elm. Baku, 1979, 146 p. (in Russian).
Abdullaev R.N. Mesozoic volcanism of the north-eastern part of the Lesser Caucasus. Publishing house of the Academy of Sciences of Azerbaijan SSR. Baku, 1963, 228 p. (in Russian).
Adamia Sh.A., Zakariadze G.S., Lordkipanidze M.B. The evolution of the ancient continental margin on the example of the Alpine history of the Caucasus. Geotectonics, No. 4, 1977, pp. 88-103 (in Russian).
Kawai N. Exsolution of titanomagnetites and its effect on rock-magnetism. Proceedings of the Jap. Acad., Vol. 32, No. 7, 1956, pp. 464-468.
Kerimov G.I. Petrology and ore mineralization of the Gadabay ore cluster. Publishing house of the Academy of Sciences of Azerbaijan SSR. Baku, 1963, 178 p. (in Russian).
Lindsley D.H. Pyroxene thermometry. American Mineralogist, Vol. 68, 1983, pp. 477-493.
Lindsley D. H., Spencer K.J. Fe–Ti oxide geothermometry: Reducing analyses of coexisting Ti-magnetite (Mt) and ilmenite (Ilm). EOS Transactions, American Geophysical Un-ion, Vol. 63, No.18, 1982, 471 p.
Mustafaev G.V. Mesozoic granitoids of Azerbaijan and the features of their metallogeny. Elm. Baku, 1977, 234 p. (in Russian).
Panov D.I. Stages of geological development of the Caucasus-Iranian segment of the Mediterranean belt in the Mesozoic and Cenozoic period. Bulletin of the Moscow Society of Naturalists. Department of geology, Publishing house of the Moscow University. Moscow, Vol. 88, No. 4, 2013, pp. 74-86 (in Russian).
Ramazanov V.G. Porphyry copper deposits of Azerbaijan. Abstract of Doctor of Geology and Mathematics dissertation, Tbilisi, 1993, 50 p. (in Russian).
Rustamov M.I. Geodynamics and magmatism of the Caspian-Caucasian segment of the Mediterranean belt in the Phanerozoic. Nafta-Press. Baku, 2019, 540 pp. (in Russian).
Sadygov E.A. Mesozoic plutonic complexes of the Lok-Garabagh zone of the Lesser Caucasus: geochemical characteristics, age and magmatic sources. Abstract of PhD dissertation, St. Petersburg, 2019, 22 p. (in Russian).
DOI:
10.33677/ggianas20210200059