Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2021
Məqaləni yüklə fullIssue_icon

Qaz-kondensat qatişiğinin süzülməsi şəraitində xalis çatli layin hidrotermodinamiki modelinin dəqiqləşdirilməsi

Calalov Q.İ., Mirzəyeva D.R.

AMEA-nın Neft və Qaz İnstitutu AZ1000, Azərbaycan, Bakı şəh., F.Əmirov küç., 9

Xülasə

A-
A+
 Hər bir konkret yataq üçün işlənilmə proseslərini idarə edərkən, lay və quyuda baş verən həm termodinamik, həm də hidrodinamik proseslərin nəzərə alınması vacibdir.
İşlənilmə prosesində layın istilik rejiminin dəyişkənliyinin və bu zaman yaranan istilik anomaliyalarının süzülmə axınlarına təsirinin öyrənilməsinə kifayət qədər elmi işlər həsr edilmişdir.
Çatlı lay mühitində temperaturun dəyişmə mexanizmi layların quruluşundan asılı olaraq mayenin süzülmə xüsusiyyətlərinə görə çox mürəkkəbdir.
İşlənilmə zamanı çatlı laylarda temperatur dəyişikliyi əsasən çat və bloklar boyunca hərəkət edən maye arasında konvektiv istilik ötürülməsi nəticəsində baş verir.
Əksər hallarda, neftçıxarma təcrübəsi çoxfazalı axınlarla bağlıdır. Məsələn, ən mürəkkəb axınlar qaz-kondensat yataqlarının istismarı zamanılaylarda müşahidə olunur.
Bu baxımdan, qaz-kondensat qarışığının axını şəraitində faza keçidlərini və yaranan termodinamik effektləri nəzərə alaraq laylardakı qeyri-stasionar istilik və kütlə ötürülməsinin xüsusiyyətlərini öyrənmək və bunun əsasında laylarda teplofiziki və süzülmə parametrlərinin qiymətləndirilməsi aktuallıq təşkil edir.
İşin məqsədi deformasiyaya uğramış sırf çatlı mühitlərdə istilik və kütlə ötürmə proseslərinin xüsusiyyətləri nəzərə alınmaqla qaz-kondensat qarışığının qeyri-izotermik süzülməsi şəraitində yataqların hidrodinamiki modelinin ədədi həll üsullarının təkmilləşdirilməsindən ibarətdir.
Məqalədə kollektoru deformasiya olunan layda qaz-kondensat qatışığının qaz rejimində quyuya qərarlaşmamış süzülməsi şəraitındə yaranan termohidrodinamiki effektlərin layın kollektor və temperatur xüsusiyyətlərinə təsiri öyrənilmişdir. Verilmiş alqoritm əsasında ədədi həll üsulu seçilmiş və proqram paketi yaradılaraq çoxsaylı riyazi eksperimentlər aparılmışdır. Alınmış nəticələr quyu məlumatlarının etibarlılığının və dəqiqliyinin artırılması üçün istifadə edilə bilər.

Açar sözlər: temperatur, qaz-kondensat layı, istilik-kütlə öturmə, ədədi alqoritm

 

ƏDƏBİYYAT

Abasov M.T., Azimov E.Kh., Kuliev A.M. Hydrothermodynamic studies of wells in deep-seated fields. Azerbaijan State Publishing House. Baku, 1993, 170 p. (in Russian).

Abasov M.T., Jalalov G.I., Ibrahimov T.M., Mamedov A.M., Mamiyev V.S. Hydro-gas-dynamics of deep-seated deformable reservoirs of oil and gas fields. Proceedings of the Geology institute of Azerbaijan National Academy of sciences, No. 39, Nafta-press. Baku, 2012, 530 p. (in Russian).

Abasov M.T., Rasulov M.A., Feyzullaev Kh.A. Numerical solution of problems of gas-condensate mixture filtration. Proceedings of the Academy of Sciences of Azerbaijan Republic, Sciences of Earth Series, 1991, No 1-2, pp. 21-32 (in Russian).

Aziz H., Settari E. Mathematical modeling of reservoir systems. Trans. from English. Nedra. Moscow, 1982, 407 p. (in Russian).

Alishaev M.G., Rosenberg M.D., Teslyuk E.V. Non-isothermal filtration in the development of oil fields. Nedra. Moscow, 1985, 271 p. (in Russian).

Chekalyuk E.B. Thermodynamics of the oil reservoir. Nedra. Moscow, 1975, 240 (in Russian).

Dukhovnaya P.A. Improvement of methods of hydrodynamic calculations of non-isothermal water filtration in the design of water flooding of oil reservoirs in fractured reservoirs. Thesis for the degree of candidate of technical sciences. Funds of the North Caucasus State Research and Design Institute of the Oil Industry “SevKavNIPIneft”, Grozny, 1984, 230 p. (in Russian).

Filippov A.I., Akhmetova O.V. Temperature field in the reservoir and the well. Gilem. Ufa, 2011, 329 p. (in Russian).

Karachinsky V.E. Methods of geothermodynamics of gas and oil deposits. Nedra. Moscow, 1975, 168 p. (in Russian).

Parshin A.V. Research of non-stationary temperature fields in oil and gas reservoirs as applied to well thermometry. Abstract of the thesis for the degree of candidate of technical sciences. Funds of Bashkir State University, Ufa, 2012, 23 p. (in Russian).

Ramazanov A.Sh. Theoretical bases of thermohydrodynamic methods of oil reservoirs research. Thesis for the degree of doctor of technical sciences. Funds of Bashkir State University, Ufa, 2004, 269 p. (in Russian).

Vakhitov G.G., Gattenberger Yu.P., Lutkov V.A. Geothermal methods of control over the development of oil fields. Nedra. Moscow, 1984, 240 p. (in Russian).

Valiullin R.A., Ramazanov A.Sh., Sharafutdinov R.F. Thermometry of reservoirs with multiphase flows. Publishing house of Bashk. University. Ufa, 1998, 115 p. (in Russian).

DOI: 10.33677/ggianas20210100056