№ 1,
2021
Məqaləni yüklə
Taliş regionunun (Azərbaycan) yaşayiş və qeyri-yaşayiş yerlərində radon qazinin konsentrasiyasinin qiymətləndirilməsi
Azərbaycan Milli ElmlərAkademiyasınin Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı, Azərbaycan, H. Cavid prosp.,119: E-mail: radiometry@gia.science.az
Xülasə
A-
A+
Məqalədə Azərbaycanın Talış regionunda aparılan müasir radioekoloji monitorinqin nəticələri təqdim edilmişdir. Aparılmış radiometrik tədqiqatlar Talış bölgəsinin beş rayonunu-Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarını əhatə etmişdir. Radiometrik tədqiqatlar zamanı yaşayış rayonlarında radonun həcmu aktivliyinin səviyyəsi və su nümunələrinin radionuklid analizi aparılmışdır. Yaşayış binalarında radonun həcmi aktivliyinin ölçülməsi tədqiq olunan regionun yaşayış məntəqələrində aparılmışdır. Radonun yaşayış sahələrində həcmi aktivliyinin səviyyəsi SARAD firmasının Radon Scout və Radon Scout Plus radiometrləri ilə ölçülmüşdür. Radonun suda həcmi aktivliyi RAD7 (DURRİDGE) radiometrləri ilə təyin edilmişdir. Radiasiya səviyyəsi МКС-AT1125 radiometri ilə ölçülmüşdür. Müəyyən olunmuşdur ki, Talış bölgəsinin yaşayış məntəqələrində radonun həcmi aktivliyi 20-660 Bk/m3 arasında dəyişir. Alınan məlumatlar əsasında Talış regionu üçün radonun həcmi aktivliyinin paylanması xəritəsi yaradılmışdır. Bu xəritəyə əsasən, uzunömürlüləri ilə tanınan Lerik bölgəsi radonun həcmi aktivliyinin nisbətən yüksək səviyyəsi ilə xarakterizə olunur. Aparılan tədqiqatların nəticələri göstərdi ki, yaşayış binalarında radon həcmi aktivliyinin səviyyəsi ilə əhali arasında müşahidə olunan uzunömürlülük halları arasında müəyyən korrelyasiya mövcuddur. Regionun termal sularında radonun həcmi aktivliyinin göstəriciləri 8.34 Bq/l-dən 93.3 bk/l-ə qədər çox geniş hüdudlarda dəyişir. Alınmış nəticələrə əsasən Bülyüdül bulağından başqa Talışın termal sularının içməli su kimi və balneolgiyada istifadəsi heç bir təhlükə törətmir. Bülyüdül bulağında isə radonun həcmi aktivliyi içməli su üçün yol verilən maksimum yol verilən həddən (60 Bq/l) 1.5 dəfə çoxdu.
Açar sözləri: radonun həcmi aktivliyi, radon təhlükəsi, Talış, termal sular, insan sağlamlığı, ömür uzunluluğu
ƏDƏBİYYAT
Calabrese E.J., Baldwin L.A. Radiation Hormesis and cancer. Human and Ecological Risk Assessment, Vol. 8, No. 2, 2002, pp. 327-353.
Cohen В. Relationship between exposure to radon and various types of cancer. Health Physics, Vol. 65 (5), 1993, pp. 529-531.
Luckey T. Physiological benefits from low levels of ionizing radiation. Health Physics, Vol. 43, No. 6, 1982, pp. 771-789.
Aliyev Ch.S., Feyzullaev А.А., Baghirli R.J, Мahmudova F.F. Regilarities of radon distribution on the territory of Azerbaijan and controlling factors. Geophysics, No. 1, 2017, pp. 72-73 (in Russian).
DOI:
10.33677/ggianas20210100053