№ 1,
2021
Məqaləni yüklə
Neft-ana süxurlarinin xüsusiyyətləri və karbohidrogenlərin generasiyasi, Baki arxipelaqi, Cənubi Xəzər hövzəsi, Azərbaycan
AMEA Neft və GazInstitutu AZ1000, Bakı şəh.,F.Əmirov küç.,9: E-mail: ajavadova@yahoo.com
Xülasə
A-
A+
Cənubi Xəzər Hövzəsi (CXH) dünyanın ən qədim karbohidrogen bölgələrindən biridir. Qeyd etmək lazımdır ki, 100 il-dən artıq neft və qaz sənayesinə malik Cənubi Xəzər Hövzəsində hələ də böyük həcmdə aşkar olunmamış neft və qaz ehtiyatları var. Məlumdur ki, burada bu günə gədər çox sayda elmi-tədqiqat işləri aparılmışdır. Aparılan işlərin məqsədi Cənubi Xəzər Hövzəsinin yaranma tarixinin öyrənilməsini daha dəqiq təsvir etməklə, tədqiqat sahəsinin karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və aşkar edilməsi olmuşdur. Son illər Cənubi Xəzər Hövzəsində bu günə gədər öyrənilməmiş sahələrdə geoloji-kəşfiyyat işləri aparılmışdır. Nəticədə yeni geoloji-geofiziki məlumatların əldə edilməsi mümkün olmuşdur ki, bu da, şübhəsiz, çox vacib bir haldır. Burada yeni seysmik məlumatlarla yanaşı, quyu məlumatlarındandan söhbət gedir ki, bu da, hövzənin ayrı-ayrı sahələrinin geoloji xəritəalmasında aparılan işlərin daha dolğun, etibarlı nəticələnməsinə gətirib çıxarmışdır. Eyni zamanda, daha etibarlı, dolğun məlumatların əldə edilməsi hövzədə, onun ayrı-ayrı perspektiv sahələrində geoloji-kəşfiyyat, aşkar olunmuş yataqların istismar işlərinin planlaşdırılmasında mühüm rol oynayan geoloji-geofiziki parametrlərin daha düzgün təsvir edilməsində əvəzolunmaz amildir. Nəticədə plan-laşdırmanın daha məqsədyönlü aparılmasının təşkil edilməsi mümkün olmuşdur. Təqdim olunan məqalədə aparılmış geoloji və geokimyəvi tədqiqatların nəticələri, neft, ana süxur, palçıq vulkanları və quyu məlumatlarından istifadə etməklə hövzədə karbohidrogenlərin yaranma tarixi, generasiya və miqrasiya mexanizmləri, karbohidrogenlərin əmələgəlmə və struktur tələlərin dolma zamanına da-ir məlumatlar təsvir edilmişdir. Geokimyəvi məlumatların nəticəsi tədqiqat sahəsində toplanmış karbohidrogenlərin dərin, eyni və ya yaxın mənşəli olmasını göstərir. Karbohidrogen flüidlərinin generasiya və migrasiyası, əsasən ana süxurlarda olan təyziqlərin ətraf keçirici süxurlara olan nisbəti ilə əlaqəsi göstərilmişdir. Gil örtük suxurlarının keyfiyyətinin karbohidrogen fluidlərinin paylanmasına və faza növlərinə təsirinin önəmliyi yataqlarda neftlərin komponent və karbohidrogen tərkibində müşahidə olunan dəyişikliklərdə öz əksini tapmışdır. Karbohidrogenlərin ana süxurlardan generasiya etməsi və tədqiqat sahəsində struktur tələlərin yaranması eyni geoloji zamanda baş vermişdir.
Açar sözlər: neft, qaz, əmələgəlmə mənbəyi, geokimyəvi tədqiqatlar, biomarkerlər, miqrasiya, Cənubi Xəzər hövzəsi
ƏDƏBİYYAT
Abrams M.A., Narimanov A.A. Geochemical evaluation of hydrocarbons and their potential sources in the western South Caspian depression, Republic of Azerbaijan. Marine and Petroleum Geology, Vol. 14, No. 4, 1997, pp. 451-468.
Chakhmakhchev V.А., Yushkevich G.N., Vinogradova T.L., Zhuze T.P. Variations in the composition of gas-condensate systems during migration. Geologiya nefti i gaza (Oil and gas geology), No. 2, 1974, pp. 45-50 (in Russian).
Goodwin N., Abdullayev N., Javadova A., Volk H., Riley G. Diamondoids and basin modeling reveal one of the world’s deepest petroleum systems, South Caspian basin, Azerbaijan. Journal of Petroleum Geology, Vol. 43, No. 2, 2020, pp. 133-150.
Gubkin I.M. The doctrine of oil. Publication of ONTI. Moscow, 1937, 384 p. (in Russian).
Guliyev I.S., Martinova G.S., Babayev F. R., Javadova A.S. Adamandoids in oils as indicators of presence of the deep source rocks, Absheron archipelago, South Caspian Basin. Proceedings of National Academy of Sciences of Azerbaijan, Vol. LXXV, No. 1, 2019, pp. 57-61.
Guliyev I.S., Feyzullayev A.A., Huseynov D.A. Geochemical features and fluid sources of mud volcanoes of the South Caspian sedimentary basin in the light of new data on C, H and O isotopy. Geochemistry, No. 7, 2004, pp. 792-800 (in Russian).
Grantham P.J., Wakefield L.L. Variations in the sterane carbon number distributions of marine source rock derived crude oils through geological time. Organic Geochemistry, Vol. 12, No. 1, 1988, pp. 61-73.
Grantham P.J. Sterane isomerisation and moretane/hopane ratios in crude oils derived from Tertiary source rocks. Organic Geochemistry, Vol. 9, No. 6, 1986, pp. 293-304.
Grantham P.J., Posthuma J., Baak A. Triterpanes in a number of Far Eastern crude oils. In book: Advances in Organic Geo-chemistry, Wiley, Chichester. 1983, pp. 675-683.
Green T., Abdullayev N., Hossack J., Riley G., Roberts A.M. Sedimentation and subsidence in the South Caspian Basin, Azerbaijan. Geological Society, London, Special Publications, Vol. 312, No. 1, 2009, pp. 241-260.
Javadova A.S. Javadova A.S. Geochemistry of petroleum systems of the Baku archipelago; predictions of hydrocarbon potential of deep horizons. Thesis for the degree of candidate of geological and mineralogical sciences. Funds of the Institute of Geology and Geophysics, ANAS. Baku, 2004, pp. 151-154 (in Russian).
Inan S., Yalcin M.N., Guliev I.S., Kuliev K., Feyzullayev A.A. Deep petroleum occurrences in the Lower Kura Depression, South Caspian Basin, Azerbaijan: an organic geochemical and basin modeling study. Marine and Petroleum Geology, Vol. 14, No. 7, 1997, pp. 731-762.
Mamedov G.A., Javadova A.S. Geochemical features of oils and condensates of Baku archipelago as indicators of depositional environment conditions. Ucheniye zapiski of Azerbaijan State Oil Academy, Baku, No. 3, 1993, pp. 3-7 (in Russian).
Narimanov A.A., Rinaldi G., Javadova A.S. Biomarker hydro-carbons studies and geological interpretation, South Caspian Depression, Azerbaijan. Extended abstract book of EAGE 59th Conference and Technical Exhibition, Geneva, Switzerland, 1997, 26-30 May, pp.87.
Nikonov V.F. Study of gas-condensate fields. Nedra. Moscow, 1962, 87 p. (in Russian).
Peters K.E., Moldowan J.M. The biomarker guide: interpreting molecular fossils in petroleum and ancient sediments. Prentice Hall. Englewood Cliffs, New Jersey, USA, 1993, 363 p.
Petrov A.A., Zakharenko V.A., Bryanskaya E.K. Variations in benzene fractions as indicators of oil metamorphism processes. In: Genesis of oil and gas. Nedra. Moscow, 1967, pp. 97-84 (in Russian).
Radke M., Welte D. The Methylphenanthrene Index (MPI): A maturity parameter based on aromatic hydrocarbons. Advances in Organic Geochemistry, Wiley, Chichester. 1983, pp. 504-512.
Reynolds A.D., Simmons M.D., Bowman M.B.,Henton J., Brayshaw A.C., Ali-Zade A.A., Guliev I.S., Suleymanova S.F., Ataeva E.Z., Mamedova D.N., Koshkarly R.O. Implications of outcrop geology for reservoirs in the Neogene Productive Series: Absheron Peninsula, Azerbaijan. American Association of Petroleum Geologists Bulletin, Vol. 82, 1998, pp. 25-49.
Riva A., Caccialanza P.G., Quagliaroli F. Recognition of 18β (H)oleanane in several crudes and Tertiary-Upper Creta-ceous sediments. Definition of a new maturity parameter. Organic Geochemistry, Vol. 13, No. 4-6, 1988, pp. 671-675.
Seifert W.K., Moldowan J.M. The effect of thermal stress on source-rock quality as measured by hopane stereochemistry. Physics and Chemistry of the Earth, Vol. 12, 1980, pp. 229-237.
Starobinets I.S. Geological and geochemical features of gas-condensates. Nedra. Leningrad, 1974, 47 p. (in Russian).
ten Haven H.L., Rullkotter J. The diagenetic fate of taraxer-14-ene and oleanene isomers. Geochimica et Cosmochimica Acta, Vol. 52, No. 10, 1988, pp. 2543-2548.
Volkman J.K. A review of sterol markers for marine and terrigenous organic matter. Organic Geochemistry, Vol. 9, No. 2, 1986, pp. 83-99.
Whitehead E.V. Molecular evidence for the biogenesis of petroleum and natural gas. In: (Ingerson E., ed.) Proceedings of symposium on hydrogeochemistry and bio-geochemistry, International association of geochemistry and cosmochemistry, Vol. 2, 1973, Clarke Company. Washington, DC, pp. 158-211.
Zonenshain L.P., Le Pichon X. Deep basins of the Black Sea and Caspian Sea as remnants of Mesozoic back-arc basins. Tectonophysics, Vol. 123, No. 1-4, 1986, pp. 181-211.
DOI:
10.33677/ggianas2021010005