Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2021
Məqaləni yüklə fullIssue_icon

Xəzər regionunda çöküntü hövzələrinin formalişmasinin və yerləşməsinin litoloji və paleocoğrafi şəraiti

Senin B.V., Kərimov V.Y., Mustayev R.N., Əliyeva S.A.

1 – ”Yujmorgeologiya”Səhmdar Cəmiyyəti 353461, Krasnodar bölgəsi, Gelencik şəh., Krymskaya küç., 20
2 – Serqo Orconikidze ad. Dövlət Geoloji Kəşfiyyat Universiteti, Rusiya, Moskva 117997, Moskva şəh., Mikluho-Maklay küç., 23: E-mail: r.mustaev@mail.ru
3 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı şəh., Azadlıq prosp., 16/21

Xülasə

A-
A+
Məqalədə Xəzər regionunun çöküntü hovzələrinin formalaşmasının və yerləşməsinin litoloji və paleocoğrafi şəraiti nəzərdən keçirilir. Onun morfologiyasının və strukturunun əsas xüsusiyyəti burada ifratdərin çökəklərin olmasıdır. Tədqiqat orta triasdan pliosenin Balaxanı dövrünə qədər geoxronoloji intervalı əhətə edir.
Qalınlıqların və fasiyaların təhlilinin klassik metodlarından istifadə etməklə yerinə yetirilmiş qeyri-palinspaktik litoloji-paleocoğrafi rekonstruksiyalar göstərmişdir ki, Orta-Gec triasda və erkən yurada Xəzər regionunun böyük hissəsində ayrı-ayrı hövzələrdə terrigen, nadir hallarda karbonat, bəzi yerlərdə isə vulkanogen-çökmə qatların toplanması ilə kontinental şərait üstün olmuşdur. Orta yurada dayanıqlı batma və subasmanın iri rayonları əmələ gəlmiş, gec yurada və erkən təbaşirdə isə bəzi zonalarda karbonat çöküntü-toplanmanın üstünlüyü ilə regionda əsasən dəniz şəraiti mövcud olmuşdur. Gec təbaşirdə bütün region, bəzi yerləri yenidən dərinləşmiş, gilli-karbonatlı şelflə təmsil olunmuşdur. Paleogenin sonunda – erkən miosendə regionun cənub hissəsində tagəmələgəlmə və orogenez prosesləri aktivləşmişdir. Bunlar orogenez zonalarının və Şimali və Şərqi Xəzərin bəzi rayonlarının quruması və aktiv orogenez zonasının önündə yenidən dərinləşmiş şelf çökəkliklərinin əmələ gəlməsi ilə, onlarda terrigen çöküntütoplanmanın üstünlüyü ilə, müşayiət olunmuşdur. Orta və Şimal Xəzər ərazisinin mühüm dərəcədə quruması Pliosendə baş vermişdir. Həmin vaxt Cənubi və Orta Xəzər rayonunun 42o şm. enliyindən cənubda reliktlərdə, nisbətən dərinsulu dəniz çökəkliklərində Şərqi Avropa platformasından və qismən Turan plitəsindən axan Pliosen çaylarının qalın delta kompleksləri formalaşmışdır.
Rekonstruksiyalarının nəticələri uzunmüddətli tarixi-geoloji retrospektivdə Xəzər regionuna xas olan çöküntütoplanma vəziyyəti və şəraitinin bərpasına və çöküntü hövzələrinin gələcək rəqəmli modelləşdirilməsi və onların karbohidrogen sistemlərinin təkamülü üçün lazımi infopmasiyanın alınmasına imkan vermişdir.

Açar sözlər: Xəzər regionu, rekonstruksiya, litoloji və formasion aspektlər, paleocoğrafi kondisiyalar, çöküntü hövzəsi

 

ƏDƏBİYYAT

Aliev M.M. Paleogeographic setting in the Cretaceous period in the southeast of the Greater Caucasus. In the book: Stratigraphy and paleogeography of oil and gas bearing areas of young platforms. Nauka. Moscow, 1982, pp. 6-23 (in Russian).

Atlas of lithological and paleogeographic maps of the USSR. Vol. III-IV. MG USSR, Academy of Sciences of the USSR, Main Directorate of Geodesy and Cartography of the USSR Ministry of Geology. Moscow, 1967 (in Russian).

Belousov V.V. Fundamentals of geotectonics. Nedra. Moscow, 1989, 382 p. (in Russian).

Glumov I.F., Gulev V.L., Senin B.V., Karnaukhov S.M. Region-al geology and oil and gas prospects of the Black Sea deep-water depression and adjacent shelf zones. In 2 parts. Nedra publishing house. Moscow, 2014, P.I, 279 p.; P.II, 181 p. (in Russian).

Guliyev I.S., Kerimov V.Yu., Mustaev R.N., Bondarev A.V. The Estimation of the Generation Potential of the Low Permeable Shale Strata of the Maikop Caucasian Series, SOCAR Proceedings, No. 1, 2018, pp. 4-20.

Guliev I.S., Kerimov V.Yu., Mustaev R.N. Fundamental challenges of the location of oil and gas in the South Caspian basin. Doklady Earth Sciences, Vol. 471, No. 1, 2016, pp.1109-1112.

Kerimov V.Yu., Guliev I.S., Guseinov D.A., Lavrenova E.A., Mustaev R.N., Osipov A.V., Serikova U.S. Forecasting oil and gas content in regions with complex geological structure. Publishing house Nedra. Moscow, 2015, 404 p. (in Russian).

Kerimov V., Rachinsky M., Mustaev R., Serikova U. Geothermal conditions of hydrocarbon formation in the South Caspian basin. Iranian Journal of Earth Sciences, Vol. 10, No.1, 2018, pp. 78-89.

Kerimov V.Y., Mustaev R.N., Osipov A.V. Peculiarities of hydrocarbon generation at great depths in the crust. Doklady Earth sciences, Vol. 483, No. 1, 2018, pp. 1413-1417.

Kerimov V.Y., Rachinsky M.Z., Mustaev R.N., Osipov A.V. Groundwater dynamics forecasting criteria of oil and gas occurrences in alpine mobile belt basins. Doklady Earth Sciences, Vol. 476, No. 1, 2017, pр. 1066-1068.

Kerimov V.Yu., Serikova U.S., Mustayev R.N., Guliyev I.S. Deep oil-and-gas content of South Caspian Basin. Neftyanoe khozyaystvo – Oil Industry, No. 5, 2014, pp. 50-54 (in Russian).

Kholodov V.N., Turovsky D.S. On the problem of sedimentation in the Caspian Sea. Litologiya i poleznye iskopaemye, No. 1, 1985, pp. 17-34.

Lebedev L.I., Aleksina I.A., Kulakova L.S. Caspian Sea: geology and oil and gas potential. Nauka. Moscow, 1987, 296 p. (in Russian).

Leonov Yu.G. Tectonic criteria for the interpretation of seismically reflecting horizons in the lower crust of continents. Geotektonika, No. 5, 1993, pp. 4-15 (in Russian).

Levin L.E., Senin B.V. Deep structure and dynamics of sedimentary basins in the Caspian region. Doklady Akademii nauk, Vol. 338, No. 2, 2003, pp. 216-219 (in Russian).

Rachinsky M.Z., Kerimov V.Yu. Fluid dynamics of oil and gas reservoirs. Scientific Editor Gorfunkel M.V. Wiley-Scrivener Publishing. USA, 2015, 640 p.

Senin B.V. Model of regional tectonics and hydrocarbon potential offshore Russia and foreign sectors of the Black Caspian region. 5th EAGE St.Petersburg International Conference and Exhibition on Geosciences – Making the Most of the Earth’s Resources, Conference proceedings, 2012, https://doi.org/10.3997/2214-4609.20143603

DOI: 10.33677/ggianas20210100051