№ 1,
2021
Məqaləni yüklə
Cənubi Xəzər hövzəsinin qərb bortunun miosen çöküntülərinin petroqrafik və həcmi-filtrasiya xüsusiyyətləri
1 – AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid prosp.,119: E-mail: e_aliyeva@gia.ab.az
2 – Azlab OOO Azərbaycan Respublikası, Bakı ş., Bakixanov qəs., Yavər Əliyev küç. 4B: E-mail: kamal@azlab.az
2 – Azlab OOO Azərbaycan Respublikası, Bakı ş., Bakixanov qəs., Yavər Əliyev küç. 4B: E-mail: kamal@azlab.az
Xülasə
A-
A+
Aparılan tədqiqatlarla Cənubi Xəzər hövzəsinin Abşeron və Şamaxı-Qobustan neftli-qazlı rayonlarının müxtəlif sahələri-nin miosen bölməsinin müxtəlif səviyyələri ilə təmsil olunan çöküntü kəsilişində süxurların litoloji-mineraloji tərkibinin oxşarlığı və fərqi göstərilmişdir. Bu çöküntülərin litologiyasının və mineraloji tərkibinin mühüm dərəcədə fərqli olması çöküntü materialının müxtəlif gətirilmə mənbələrindən, Böyük və Kiçik Qafqazdan, daxil olmasının nəticəsidir. Üst maykop (alt miosen) və çokrak (orta miosen) kəsilişində qumlu horizontların görünməsi və onların kvarsla zənginləşməsi, hər şeydən əvvəl, geoloji zamanın bu intervallarında qidalandıran əyalətdə qranit süxurlarının iştirakına dəlalət edir. Bu isə həmçinin üst maykop və çokrak qumdaşılarının mineral tərkibində disten və stavrolitin iştiraki ilə təsdiqlənir. Bu stratiqrafik intervalların gilli süxurları kvarsla da zənginləşmişdir.
Açılışların və axtarış-kəşfiyyat quyuları kerninin öyrənilmə məlumatları əsasında Cənubi Xəzər çökəkliyinin qərb bortunun miosen çöküntülərinin həmçinin kollektor xassələri qiymətləndirilmişdir. Göstərilmişdir ki, açılışlardan olan süxurlar xeyli yaxşı həcmi-filtrasiya xassələrinə malikdir və bu da hipergenez zonasında onların aşınmalarının nəticəsidir.
Açılışların və kernin öyrənilmə məlumatlarına görə neft-, qazakkumuləsiyanın ən yaxşı potensialına Cənub-Qərbi Qobustanın maykop lay dəstəsinin (alt miosen) və çokrak mərtəbəsinin III və I qumlu horizontlarının süxurları malikdir. Həm də bu süxurların effektiv məsaməliyi ümumi məsaməlikdən xeyli aşağıdır və zəif kimi baxıla bilir. Miosen çöküntülərinin kollektor xassələri Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənub-qərb tektonik zonasının hüdudlarından kənarda nəzərəçarpacaq dərəcədə zəifləyir və Şimali Qobustanda neqativ, Bakı arxipelaqında və, güman ki, Abşeron NQR-də çox zəif kimi baxıla bilər.
Alınan nəticələr konkret axtarış obyektlərinə istiqamətlənmiş neft və qaz axtarış işlərinin aparılmasına imkan verir və Cənubi Xəzər hövzəsinin qərb bortunun Miosen çöküntülərinin neft-qazlılığı perspektivinin qiymətləndirilməsində mühüm rol oynaya bilər.

Açar sözlər: Miosen, Cənubi Xəzər hövzəsi, litologiya, mineraloji tərkib, kollektor xassələri
ƏDƏBİYYAT
Aliyev G.R. Miocene deposits of the Apsheron peninsula and their oil-gas prospects. In: Problems of oil-gas deposits in the Caucasus. Nauka. 1998, pp. 75-80 (in Russian).
Aliyeva E., Mustafayev K. Mineralogy, provenance and paleogeography of the Miocene deposits of Gobustan (South Caspian basin). Proceedings of the Institute of Geology of the Dagestan Scientific Center, Russian Academy of Sciences. No. 1 (72), 2018, pp. 1-13 (in Russian).
Alizadeh A.A., Akhmedov G.A., Akhmedov A.M., Aliyev A.K., Zeynalov M.M. Geology of oil-gas fields in Azerbaijan. Nedra. Moscow, 1966, 392 p. (in Russian).
Geology of Azerbaijan. Vol. II. Lithology. Nafta-Press. Baku, 2005, 278 р. (in Russian).
Kastryulin N.S., Mamedov S.B., Efendiyev A.A., Salimov F.M. Perspectives of oil-gas content in the Paleogene-Miocene sediments of the Western Apsheron and subsequent exploration tasks. Azerbaijan Oil Industry, No. 8, 1991, pp. 1-7 (in Russian).
Maherramov B.I. Paleotectonic development and oil-gas prospects of the Middle and Upper Miocene paleohighs in the Western Absheron and Shamakhi-Gobustan regions. Azerbaijan Oil Industry, No. 11, 2006, pp. 1-7 (in Azerbaijani).
Salmanov A.M., Maherramov B.I., Huseynov R.M., Agazadeh B.G. Assesment of oil-gas prospects of the Oligocene-Miocene sediments in the Western Absheron based on the structural-tectonic analysis. Geophysical News in Azerbaijan, No. 1-2, 2016, pp. 23-27 (in Azerbaijani).
DOI:
10.33677/ggianas20210100050