№ 2,
2007
Məqaləni yüklə
Azərbaycan ərazisində relyef və təbii şəraitlə bağlı yerli xalq coğrafi terminləri haqqında (Böyük Qafqazın cənub-şərq yamacı timsalında)
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə tədqiq edilən regionun bəzi landşaft toponimləri, relyef xüsusiyyətlərindən asılı olaraq, təbii şəraitlə bağlı landşaftların şaquli və üfüqi istiqamətdə dəyişmələri, coğrafi termin və əhalinin təsərrüfat fəaliyyətini əks etdirən yerli xalq coğrafi terminləri öyrənilir.
Landşaft toponimlərinin araşdırılması ərazidə baş vermiş təbii şəraitin keçmişini, keçmiş iqlim xüsusiyyətlərini, su obyektlərinin yerləşməsi, torpaq, bitki örtüyünün şaquli və üfüqi istiqamətdə dəyişməsi, bununla əlaqədar olaraq heyvanlar aləminin müasir, eləcədə keçmiş areallarının öyrənilməsində əhəmiyyətlidir. Toponimlərlə yanaşı, bir sıra yerli xalq coğrafi terminləri və toponimik terminlər vardır ki, onların da araşdırılması vacibdir. Adların həm ümumi, həm də özünə məxsus yaranma qanunauyğunluqları vardır.