Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2007
Məqaləni yüklə fullIssue_icon

Pleystosendə Xəzər dənizinin səviyyəsinin dəyişməsində qlobal iqlim dəyişmələrinin rolu

B.C.Ələsgərov, R.M.Atakişiyev, Ü.Ə.Xəlilova

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalə Xəzər dənizinin pleystosendə səviyyəsinin dəyişməsində qlobal iqlim dəyişmələrinin roluna həsr olunmuşdur. Kompleks tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, pleystosendə Xəzər dənizinin səviyyəsi 6 dəfə genişmiqyaslı dəyişilməyə məruz qalmışdır. Üç genişmiqyaslı transqressiyalar (erkən bakı, erkən xəzər və xvalen transqressiyaları) üç dərin reqressiyalarla (türkən, xəzər əsrinin ikinci yarısı, xvalın reqressiyaları) növbələşmişdir.Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Xəzər dəninzinin səviyyə tərəddüdləri qlobal iqlim dəyişmələri ilə bağlı olaraq baş vermişdir. Yer kürəsində baş vermiş buzlaşmalar zamanı reqressiyalar və əksinə, buzlaqlararası istiləşmələr zamanı buzlaqların əriməsi nəticəsində Xəzər dənizinin səviyyəsi qalxmış və transqressiyalar baş vermişdir.