Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2007
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda coğrafi tədqiqatlara dair

B.Ə.Budaqov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Məqalə Azərbaycan MEA Coğrafiya İnstitutunda aparılmış elmi-tədqiqatların təhlilinə və qiymətləndirilməsinə həsr edilmişdir. Göstərilir ki, bu tədqiqatların nəticəsində respublikanın iqtisadi inkişafına aid bir sıra elmi problemlər həll edilmişdir. Müxtəlif miqyasda və mövzuda tərtib olunmuş atlas və xəritələrdən respublikanın direktiv orqanları istehsal sahələrinin yerləşdirilməsində və kənd təsərrüfatı bitkilərinin əkin sahələrinin genişləndirilməsində istifadə etmişdir. Bütün bunlarla bərabər coğrafiyaçı alimlərin qarşısında aşağıdakı problemlərin durduğu da elmi cəhətdən əsaslandırılır: torpaq, su və kurort-rekreasiya ehtiyatlarından daha səmərəli istifadə etmək yollarının əsaslandırılması, qlobal iqlim dəyişmələrinin Azərbaycan iqliminə təsirinin proq¬nozlaşdırılması, aerokosmik metodlardan istifadə etməklə təbii və antropogen landşaftların öyrənilməsi, respublikada əhalinin və təsərrüfatın daha səmərəli yerləşdirilməsi.