Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2007
Məqaləni yüklə fullIssue_icon

İşlənmiş sulfat turşusu məhlulu ilə quyuların məhsuldarlığının artırılması mümkünlüyü haqqında

R.Ə.Musayev, Ə.İ.Əsədov, E.H.Xəlilov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Laboratotriya şəraitində müxtəlif kimyəvi tərkibə malik olan əmtəə sulfat, xlorid və işlənmiş sulfat turşu məhlullarının fiziki-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir.
Alınmış məlumatlar göstərmişdir ki, işlənmiş sulfat turşusu məhlullarının polyar hissəciklərdən təmizlənmiş kerosin və neft sərhədində səthi-gərilmə əmasalı qiymətləri əmtəə turşu məhlulları qiymətlərinə nisbətən əhəmiyyətli dərəcədə azdır.

Aralıq turşu maddəsinin şirin sudaki 10%-li məhlulu neft sərhədində səthi-gərilməni 1mN/m-dən də aşağı qiymətə salır.

Müəyyən edilmişdir ki, turşu maddəsində olan müxtəlif quruluşlu suda həll olan sulfobirləşmələr hidrofilləşdirmə qabliyyətinə malikdir. İşlənmiş sulfat turşu məhlulları əmtəə turşu məhlullarına nisbətən daha çox karbonatlı suxurları həll etmə qabliyyətinə malik olmaqla, kimyəvi reaksiya sürətinin uzun müddət getməsini də təmin edir.

Aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, işlənmiş sulfat turşusu məhlulu quyuların turşu ilə işlənməsində istifadə edilə bilər.