Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2007
Məqaləni yüklə fullIssue_icon

Azərbaycan ərazisi və Xəzər dənizinin ona qovuşuq hissəsində zəlzələ ocaqlarının dərinlik üzrə paylanması

B.M.Pənahi

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Şərqi Qafqaz və Xəzər dənizi regionunda zəlzələ ocağlarının dərinlik üzrə paylanması öyrənilib. Seysmikliyin səthi xarakteri və zəlzələ ocağlarının əksəriyyətinin 10-20 km-lik plastik çöküntülər kompleksi ilə bağlılığı müəyyən edilib. Zəif zəlzələlərin Yer qabığının üst strukturları ilə bağlılığı qeyd edilir. Onlar neftli-qazlı ərazilərdə deflüidizasiya və karbohidrogenlərin formalaşması nəticəsində faza və mexaniki qeyri-sabitlik proseslərilə şərtlənir. Regionda orta və dərin fokuslu zəlzələ ocağlarının olmaması ərazidə fəal Benioff zonasının olmamasını göstərir.