Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2007
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın palçıq vulkanlarında həlqəvi geofiziki və geokimyəvi anomaliyaların morfologiyası haqqında

Ə.Ə.Feyzullayev, Ç.S.Əliyev, A.Ş.Muxtarov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Azərbaycanda palçıq vulkanlarının radiometrik, geotermik və geokimyəvi tədqiqatlarının nəticələrindən bəhs olunur.

Üç müxtəlif genetik sahələrdə oxşar anomaliya formaları müəyyən edilmiş və bunlardan həlqəvi (yarımhəlqəvi) formalar daha xarakterik olmaqla onların eyni şəraitdə formalaşmasına dəlalət edir. Bu da palçıq vulkanları quruluşlarının xususiyyətləri ilə əlaqədardır. Vizual planalmalarla təstiq olunmuş seysmik tədqiqatlara əsasən, palçıq vulkanları, bir qayda olaraq, həlqəvi pozulmalarla dövrələnmiş və çox vaxt qıfaoxşar çuxurlar əmələ gətirmişdir.

Həlqəvari yüksəkkeçirici zonalar daha aktiv subşaquli flüid diamikasının olması ilə səciyyələnir, bu da öz növbəsində, müxtəlif sahələrdə həlqəvi (yarımhəlqəvi) anomaliyaların əmələ gəlməsinə şərait yaradır.