№ 1,
2007
Məqaləni yüklə
Böyük Qafqazın cənub yamacında müasir iqlim dəyişmələrinin rütubət ehtiyatlarına təsiri (Azərbaycan Respublikası daxilində)
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə 1961-2000-ci illər ərzində Böyük Qafqazın cənub yamacında 6 hidrometeoroloji məntəqənin sutkalıq məlumatlarına əsasən müasir rütubət ehtiyatları qiymətləndirilmiş, onların çoxillik dinamikasında regional xüsusiyyətlər aşkara çıxarılmışdır. Bu məqsədlə havanın orta sutkalıq temperaturunun 5ºC-dən keçid tarixləri arasındakı dövr ərzində yağıntı cəmi (∑ Rtº>5), illik yağıntı miqdarı (∑ Ril), D.İ.Şaşkonun rütubətlənmə əmsalı (Md) çoxillik zaman intervalı ərzində tədqiq olunmuş, onların çoxillik sıraları üçün bəzi statistik göstəricilər hesablanmışdır. Nəticə etibarilə müasir iqlim dəyişmələrinin bu aqroiqlim ehtiyatlarına necə təsir göstərdiyi qiymətləndirilmişdir.