№ 1,
2007
Məqaləni yüklə
Neft yataqlarında cəm hasilat xəritəsinin yeni modifikasiyası və ehtiyatların dəqiqləşdirilməsi
1 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azneft” İstehsalat Birliyi, AZ0033, Bakı, Ağa Neymatulla küç., 39
2 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AZ1010, Bakı, Azadlıq prospekti, 20
Xülasə
A-
A+
Uzun müddət işlənmədə olan neft yataqları üzrə son işlənmə layihəsinin tərtibində yatağın cari vəziyyətinin düzgün əks etdirilməsi və bunun əsasında layihə quyularının qazıma xəritəsinin tərtibi xalq təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə uzun müddət təcrübədə istifadə olunan cəm hasilat xəritəsi əvəzinə yeni xəritə, yəni ehtiyatı tam işlənmiş lokal sahələrin paylanma xəritəsi təklif olunur. Əgər cəm hasilat xəritəsi ehtiyatın işlənmə səviyyəsini keyfiyyətcə xarakterizə edirdisə, yeni xəritə həmin səviyyəni kəmiyyətcə qiymətləndirir.Yeni xəritə cəm hasilat xəritəsinin funksiyasını tam icra etməklə bərabər, həm də informasiya baxımından ona nisbətən daha çox tutumludur.Yeni xəritə həm də tədqiqat aparılan obyekt üzrə ilkin ehtiyatın dəqiqləşdirilməsinə imkan verir, bu isə nəticədə işlənmə prosesini daha effektiv başa çatdırılması üçün zəruridir.