№ 1,
2007
Məqaləni yüklə
Paleogen-miosen çöküntüləri kollektor potensialının qiymətləndirilməsi (Siyəzən monoklinal yatağının timsalında)
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Siyəzən monoklinalının timsalında paleogen-miosen çöküntülərinin süzülmə-həcmi xassələri öyrənilmişdir. Statistik üsulların tətbiqi ilə kollektorların məsaməliliyinin və nüfuzluğunun məhsuldar qatın terrigen süxurları üçün nəzərdə tutulan kəmiyyətlərlə müqayisə edilə bilən kondision və orta qiymətləri müəyyən edilmişdir. Alınmış nəticələr bu çöküntülərin neftlə, qazla doyması nöqteyi-nəzəridən perspektivliyi barədə mülahizə yeritməyə imkan verir.