Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2007
Məqaləni yüklə fullIssue_icon

Acınohur rayonu, Aşağı Kür və Cənubi Kaxetiya çökəkliklərinin məhsuldar qat kəsilişlərinin müqayisəsi

F.H.Dadaşov, S.Ə.Məmmədova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Acınohur rayonunun Aşağı Kür və Cənubi Kaxetiya çökəkliklərinin məhsuldar qat kəsilişlərinin müqayisəsi verilmişdir. Tədqiqat və faktiki materialların analizinə əsasən, Acınohur rayonunda məhsuldar qatın kəsilişini daha dəqiq öyrənmək məqsədilə, tədqiq olunan rayon ilə yanaşı, Aşağı Kür və Cənubi Kaxetiya (Gürcüstan) çökəkliklərində qazılmış quyu məlumatlarından istifadə edilmişdir. Aparılan analizlər nəticəsində müəyyən edilmişdir ki, Acınohurun hüdudlarında məhsuldar qat çöküntülərinin daha tam kəsilişi rayonun şərqində, Göyçay sahəsində aşkar olunmuşdur. Burada məhsuldar qatın kəsilişində suraxanı dəstəsi (I-IX horizontlar) tam, sabunçu dəstəsinin (X horizont) isə üst hissəsi müəyyən edilmişdir.