№ 1,
2007
Məqaləni yüklə
Kiçik Qafqazın mezozoy filiz-maqmatik sisteminin formalaşmasının petroloji modeli
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Kiçik Qafqazın mezozoy vulkanik-plutonik qurşağı, karbon-perm dövründə onun üzərinə obduksiya olunmuş kənar-mütəhərrik mikrokontinentin törəməsidir. Tektonik-maqmatik aktivləşmə mikrokontinentin mantiyaya gömülməsi, onun əriməsi və bünövrədə intruziv kütlələri təşkil edən qranit maqmasının yaranması ilə şərtlənmişdir. Qranit maqmasının diferensiatları üstdə yatan hiperbazit plitəsilə qarşılıqlı təsirə məruz qalmış və bunun nətjəsində əmələ gəlmiş hibrid diorit maqması qranitoid intruzivlərinin hibabissal fasiyalarını təşkil edir. Belə keçid çox vaxt qızılsaxlayan poliformasion tipli qalxımlarda – kükürd kolçedanı, mis kolçedanı, mis-porfir və kolçedan-polimetallik çökəklərdə – dəmir filizi və kobalt yataqlarının formalaşması ilə təzahür edən, xalkofil mənsubiyyətli ərintinin siderofilə keçməsilə tamamlanmışdır.