№ 4,
2006
Məqaləni yüklə
Azərbaycan ərazisində dolu hadisələrinin təkrarlanması
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10, E-mail: safarov53@mail.ru
Xülasə
A-
A+
Bu məqalədə 23 hidrometeoroloji stansiyanın məlumatlarına əsasən, Azərbayjan ərazisində baş verən dolu hadisələrinin təkrarlanması tədqiq olunmuşdur. Göstərilmişdir ki, dolu hadisələri ən çox may-iyun aylarında müşahidə olunur. Müəyyən edilmişdir ki, ərazinin dəniz səviyyəsindən hündürlüyü amili yalnız əlverişli oroqrafik şəraitə malik olan ərazilərdə dolunun təkrarlanmasına müsbət təsir göstərir. Burada dağ silsilələrinin və onların yamaclarının rütubətli hava axınlarınına nəzərən ekspozisiyası əsas rol oynayır. Məlum olmuşdur ki, 1971-2004-cü illər ərzində dolu hadisələrinin təkrarlanmasının orta qiyməti 1928-65-ci illər dövrünə nisbətən nəzərə çarpacaq dərəcədə azalmışdır. Bu azalmanın əsas səbəblərindən biri kimi havanın orta illik temperaturunun artması fonunda may ayı temperaturunun nəzərə çarpacaq dərəcədə aşağı düşməsi qeyd edilmişdir. Belə bir nəticəyə gəlinmişdir ki, Azərbaycan ərazisində baş verən dolu hadisələrinin azalması, əsasən, zəif proseslərin hesabına baş verdiyindən vurulan ziyanın ümumi səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etmir.