
Jurnal haqqında
1958-ci ildə əsası qoyulmuş və əvvələr “Proceedings of the Azerbaijan National Academy of Sсiences, Earth Sceinces” adı altında çıxan “ANAS Transactions, Earth Sсiences” jurnalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda nəşr olunur.
“ANAS Transactions, Earth Sсiences” jurnalın redaksiya heyətinin tərkibinə geniş elmi biliklərə və təcrübəyə malik aparıcı alimlər daxildir və bu da jurnalın yüksək elmi səviyyəsini təmin edir. Çap olunan bütün məqalələr ciddi resenziyadan (ən azı 2 resenziyaçıdan) keçir.
“ANAS Transactions, Earth Sсiences” jurnalında çöl işləri və laboratoriya tədqiqatları daxil olmaqla, həmçinin modelləşdirmə, Yer elmlərinin bütün sahələri – struktur geologiya və tektonika; faydalı qazıntı və karbohidrogen yataqları; mineralogiya və petrologiya; geokimya, neft-qaz geologiyası və mühəndisliyi; palçıq vulkanizmi; geofizika; müasir geodinamika və kosmik geodeziya; seysmologiya, seysmik təhlükənin və riskin qiymətləndirilməsi; kontinental və dəniz ekosistemləri; fiziki və sosial-iqtisadi coğrafiya; paleofloristika üzrə orijinal və icmal şəkilində yazılmış məqalələr baxılmağa qəbul edilir və dərc olunur.
Fənlərarası istiqamətliliyə dair məqalələr xüsusilə bəyənilir.
Publikasiyaların dili: ingilis, Azərbaycan və rus. Əlyazmalar Yer elmləri sahəsində alimlər, o cümlədən xarici müəlliflər tərəfindən təqdim edilə bilə.