Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank

Yevlax-Ağcabədi hövzəsinin kristal təməlinin qravitasiya təsirinin rəqəmsal qiymətləndirilməsi (Orta Kür çökəkliyi, Azərbaycan)

İskəndərov E.H.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan AZ1010, Bakı, Azadlıq prosp., 34: elton_iskender@mail.ru

 

Xülasə

A-
A+

Mə­qa­lə Azər­bay­canın Or­ta Kür çökək­li­yi­nin Yev­lax-Ağ­ca­bə­di çökək­li­yi­nin kris­tal­lik bünövrə­si­nin  qra­vi­ta­si­ya tə­si­ri­nin qiy­mət­lən­di­ril­mə­si­nə həsr edil­miş­dir. Mə­lum ol­du­ğu ki­mi, Yev­lax-Ağ­ca­bə­di  çökək­li­yi  kris­tal­lik  bünövrə  üzə­rin­də  ya­tan me­zo­zoy və kay­no­zoy yaşlı çöküntülə­ri­nin qalın tə­bə­qə­si ilə xa­rak­te­ri­zə olu­nur. Də­rin seys­mik zond­la­ma mə­lu­mat­ları­na əsa­sən, kris­tal­lik  bünövrə­nin  sət­hi­nə görə  struk­tur xə­ri­tə­si qu­rul­muş­dur. Çökək­lik özü  Qaf­qaz is­ti­qa­mə­tin­də yönəl­dil­miş­dir. Bu əra­zi­də Mu­rad­xanlı və Cə­fər­li neft-qaz ya­taq­ları mövcud­dur. Kris­tal­lik  bünövrə, elə­cə də Me­zo-Kay­no­zoy çöküntülə­ri iza­fi sıxlığa ma­lik­dir və bu­na görə də qra­vi­ta­si­ya sa­hə­sin­də ağırlıq qüvvə­si­nin lo­kal ano­ma­li­ya­lar şək­lin­də yaxşı əks olu­nur. De­mək olar ki, Azər­bay­canın ək­sər əra­zi­lə­ri, o cümlə­dən Yev­lax-Ağ­ca­bə­di çökək­li­yi əra­zi­si ümu­mi və mükəm­məl qra­vi­maq­nit pla­nal­ma­lar ilə əha­tə olu­nub. Bu nə­ti­cə­lər əsasın­da bu­ra­da, o cümlə­dən Mu­rad­xanlı və Cə­fər­li əra­zi­lə­rin­də bir sıra lo­kal ano­ma­li­ya­lar müəy­yən edi­lib. Hazır­da bu sa­hə­də  rə­qəm­sal qra­vi­me­tir və maq­ni­to­metr­lər­dən is­ti­fa­də et­mək­lə yüksək də­qiq­lik­li qra­vi­met­rik və maq­ni­to­met­rik pla­nal­ma­lar aparılır ki, bu da bu re­gio­nun öyrə­nil­mə­sin­də qra­vi­met­rik və maq­ni­to­met­rik kəş­fiy­yat­lar üçün böyük im­kan­lar açır. Bun­dan əla­və, ADN­SU-nun  “Geo­fi­zi­ka” ka­fed­rasın­da qra­vi­maq­nit sa­hə­lə­ri­nin müxtə­lif çev­ril­mə­lə­ri, elə­cə də qra­vi  və maq­nit kəş­fiy­yatının düz və tərs mə­sə­lə­lə­ri­nin həl­li üçün proq­ram tə­mi­natı hazır­lanıb. Bu­na görə də, rə­qəm­sal mo­del­ləş­dir­mə­dən is­ti­fa­də edə­rək qra­vi­ta­si­ya  mə­lu­mat­ları­na  görə  bu çökək­li­yin öyrə­nil­mə­si  çox ak­tu­al bir mə­sə­lə­dir.


Açar sözlər:
al­qo­ritm, blok-sxem, qra­vi­ta­si­ya ano­ma­li­yası, struk­tur xə­ri­tə­si, qra­vi­ta­si­ya tə­si­ri­nin qiy­mət­lən­di­ril­mə­si, qra­vi­ta­si­ya mo­de­li, rə­qəm­sal mo­del­ləş­di­ril­mə

 

ƏDƏBİYYAT

 

Chakravarthi V. Digitally implemented method for automatic optimization of gravity fields obtained from three dimensional density interfaces using depth dependent density. US Patent No. 6,615,139, 2003.


Eppelbaum L.V., Khesin B.E. Geophysical Studies in the Caucasus. Springer. Heidelberg – N.Y., 2012, 411 p.


Hinze W.J., Von Frese R.R.B., Saad A.H. Gravity and magnetic exploration. Cambridge University Press. 2013, 502 p. 


Hirt C. Gravity forward modelling. In: Encyclopaedia of Geodesy (Ed. Grafarend E.). 2016, 9 p., DOI:10.1007/978-3-319-02370-0_106-1.


Nava-Flores M., Ortiz-Aleman C., Orozco-del-Castillo M.G. et.al. 3D Gravity modeling of complex salt features in the southern Gulf of Mexico. International Journal of Geophysics, Vol. 2016, Article ID 1702164, 2016, 12 p.


Алексеев В.В., Хесин Б.Э. Карта глубинного строения Азербайджанской ССР с сопредельными областями по гравимагнитным данным.  ВСЕГЕИ. Ленинград, 1985.


Гадиров В.Г., Гадиров К.В., Гамидова А.Г. О глубинном строении Евлахско-Агджабединского прогиба Азербайджана по данным гравимагнитных измерений. Геодинамика, No. 1(20), Львов, Украина, 2016, с. 133-143.


Искандаров Э.Г. Цифровое моделирование гравитационного поля поднятия Мурадханлы. Австралийский журнал образования и науки, Университет Сиднея, No. 1(21), 2018, с. 275-283.


Искандаров Е.Х. Оценка гравитационного влияния нефтяных месторождений на различных глубинах. Журнал «Геолог Азербайджана», Научный вестник Общества геологов-нефтяников Азербайджана, No. 10, Баку, 2005, с. 85-88.


Искандаров Э.Г. Оценка AТЗ (аномалии типа залежи), связанных с зонами разуплотнения горных пород. Журнал «Геолог Азербайджана», Научный вестник Общества геологов-нефтяников Азербайджана, No. 15, Баку, 2011, с. 96-101.


Салманов А.М., Юсифов Х.М. К перспективам нефтегазоносности северо-восточного борта Евлах-Агджабе­дин­ского прогиба. SOCAR Proceedings (Научные труды НИПИ «Нефтегаз»), Вып. 2, 2013, с. 6-12.


Силкин К.Ю. Геоинформационная система Golden Software Surfer 8. Учебно-методическое пособие для вузов. Издательско-полиграфический центр Воронежского государственного университета, Surfer.pdf. 2008, 66 с.

 

DOI: 10.33677/ggianas20230100090