Skin-faktor və psevdo-skin-faktorun qaz quyusunun məhsuldarlığına təsiri
Dadaş-zadə M.Ə., Əliyev İ.N.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010 Bakı, Azərbaycan, Azadlıq prospekti, 16/21
Xülasə
Aparılmış təhlil göstərir ki, qaz quyusunun hidrodinamik tamamlanmamış olduğu halda, layın quyudibi zonasında keçiricilik pozulur. Bu isə ona işarə edir ki, quyudibi zonanın keçiriciliyi verilmiş parametrin həqiqi kəmiyyətini əks etdirmir. Deməli, keçiricilik bu parametrin həqəqi kəmiyyətlə yanaşı qaz quyusunun quyudibinin və quyudibi zonasından asılıdır. Təcrübədə bu göstəricini oxşar keçiricilik adlandırırlar. Qeyd etmək lazımdır ki, bu iki keçiriciklərin müqayisəsi quyuda dəyişikliklərin və tamamlanma dərəcəsini aşkar etməkdə böyük fayda kəsb edir. Bu parametrlərin dəyişilməsi verilmiş quyunun məhsuldarlığına təsir edəcəkdir. Belə halda layın quyudibi zonasının keçiriciliyinin artırılmasına və qaz quyusunun hidrodinamik natamamlıq parametrinin azalmasına yönəlmiş tədbirlərin aparılmasının zəruriyyəti yaranır. Qeyd etmək lazımdır ki, bu parametrin nəzərə alınması qaz quyusunun məhsuldarlığını artırmaq üçün bu və ya digər üsulun tədbiq edilməsinə imkan yaradır.
Belə halda, quyularda layın quyudibi zonasında keçiriciliyin dəyişməsi quyudibi təzyiqin müşahidəsi üçün qrafiklərinin başlanğıc intervalının formasına təsir edəcəkdir.
Qaz yataqlarının işlənmə və istismar məsələlərinin həllinə baxılması zamanı, quyudibi zonanın çirklənməsinin nəzərə alınmasının vacibliyi ilə seçilən məsələlərə rast gəlinir. Qeyd olunan quyudibi zonadakı mürəkkəbləşmələrin intensivliyindən asılı olaraq məsaməlik və keçiricilik göstəriciləri aşağı düşür və yekunda quyunun məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Yazılanları nəzərə almaqla məhsuldarlığa təsir dərəcəsini təsvir edən “skin-faktor” anlayışını tədbiq olunur. Təcrübədə bu parametr (-4 ÷ +20) С intervalında dəyişir və qaz quyusunun debitini əhəmiyyətli dərəcədə aşağı salır.
Məqalədə “skin-faktorun” qaz quyusunun sərfinə təsirini nəzərə alan, onun yaranmasının tənzimlənməsinə və əvvəlcədən göstərilən proseslərlə mübarizə metodlarını təklif etməsinə imkan yaradan metodika verilmişdir.
Açar sözlər: məhsuldarlıq, skin-faktor, psevdo skin-faktor, ümumi skin-faktor
ƏDƏBİYYAT
Инструкция по комплексному исследованию газовых и газоконденсатных пластов и скважин (под ред. Г.А.Зотова, З.С.Алиева). Недра. Москва, 1980, 301 с.
Муфазалов Р.Ш. Скин-фактор и его значение для оценки состояния около скважинного пространства продуктивного пласта. Изд. УГНТУ. Уфа, 2005, 44 с.
Муфазалов Р.Ш. Скин-фактор. Исторические ошибки и заблуждения, допущенные в теории гидродинамики нефтяного пласта. Георесурсы, Казань, No. 5(55), 2013, с. 34-48.
Муфазалов Р.Ш. Скин-фактор. Фундаментальные зависимости параметров пласта, скважины и оборудования. Материалы международной научно-практической конференции: Актуальные вопросы разработки нефтегазовых месторождений на поздних стадиях. Изд. УГНTУ. Уфа, 2010, с. 80-93.
Пирсон С.А. Учение о нефтяном пласте. Гостоптехиздат. Москва, 1961, 569 с.
Салаватов Т.Ш. Элементы эксплуатации горизонтальных скважин при разработке нефтяных месторождений. Маариф. Баку, 2001, 84 с.
Щелкачев В.Н. Разработка нефтеводоносных пластов при упругом режиме. Гостоптехиздат. Москва, 1959, 467 с.
DOI: 10.33677/ggianas20220200086