Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2022
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzər hövzəsi Azərbaycan sektoru sahələrində gillərin sıxılmasının xarakterik xüsusiyyətləri

Süleymanov E.T.1, Yusifov M.H.2, Bunyatov A.А.3, Məcidova A.N.4


1 - SOCAR, Kompleks Qazma İşləri Tresti, Ağa Neymətulla küç., 105, Bakı, Azərbaycan: elnur.suleymanov@socar.az

2 - Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu, AZ1000, Bakı şəh., F.Əmirov küç., 9: yusifovmehman_1954@mail.ru

3 - Orta Doğu Teknik Üniversiteti, Şimali Kipr Kampusu, 99738 Kalkanlı, Güzelyurt, ŞKTC: adnan.buny@gmail.com 

4 - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AZ1010, Bakı şəh., Azadlıq prospekti, 20: mecidova.afaq@mail.ru 

Xülasə

A-
A+
Bakı arxipelaqı strukturları quyuların qazılması baxımından geoloji şəraitə görə dünyada ən mürəkkəb strukturlardan biri hesab olunur. Bu çətinliklər Məhsuldar qatın 90%-ni təşkil edən gilli suxurları qazarkən güclü suxur axınının baş verməsi ilə ifadə olunur. Güclü suxur axını quyularda mürəkkəbləşmələrə, qəzalara, quyudan buruq məhlulunun sıçramasına, su-neft-qaz təzahürlərinə səbəb olur ki, bu da quyuların tez-tez ləğv olmasına gətirib çıxarır. Qəzalar isə perspektivli yataqların və karbohidrogen ehtiyatlarının istismara verilməsini uzun illər ləngidir.
Quyudan süxur axınının əmələ gəlməsinin əsas səbəbi, qalın gil təbəqələri üçün xarakterik olan, qradiyentləri geostatik təzyiq qradiyentlərinə yaxınlaşan anomal yüksək məsamə təzyiqinin kəsilişdə olmasıdır. Gil süxurlarının öyrənilməsi nəticəsində yüksək dərinlikdə onların məsaməliyinin böyük qiymətlərə malik olduğu göstərilmişdir, bu da onların sıxılma prosesində “ləngimə” baş verdiyi, boşalma zonasında çatışmazlıqların mövcudluğu ilə izah oluna bilər. Süxur nümunələri üzərində aparılmış tədqiqatlar və qazma zamanı aparılan geoloji-texnoloji tədqiqatlarin nəticələrinin təhlili aparılmış, müxtəlif vaxtlarda Bakı arxipelaqında qazılmış quyulardan çıxan gil şlamının sıxlığının dərinlik üzrə dəyişməsi araşdırılmışdır.
Qazma vaxtı quyulardan götürülmüş gil nümunələrinin tədqiqi göstərdi ki, böyük dərinliklərdə gilin sıxılmasının gecikməsi, kəsilişdə boşalma çatışmazlığı və çöküntülərin böyük dərinliklərə enməsi səbəbindən gillərdə yüksək məsaməliliyin qorunub saxlanmasına səbəb olmasıdır. Qazma zamanı aparılan geoloji-texnoloji tədqiqatların nəticələrinə əsasən, müxtəlif xarakteristikaların təhlili Bakı arxipelaqının strukturlarında, o cümlədən Ümid strukturunda quyuların müxtəlif illərdə qazılması zamanı götürülmüş gil nümunələrinin sıxlığının təhlili aparılmış, əyrilər qurulmuş və anamal yüksək məsamə təzyiqinin mümkün təzahürləri zonası müəyyən edilmişdir. Anomal yüksək məsamə təzyiqinin formalaşması zamanı baş verən proseslərin ardıcıllığı müvafiq sxem şəklində verilmişdir.

Açar sözlər: Cənub-Xəzər hövzəsi, Bakı arxipelaqı, məhsuldar qat, gil çöküntüləri, gillərin anomal yüksək məsaməliliyi, anomal yüksək məsamə təzyiqi, gilin sıxılması, quyuların qazılması zamanı mürəkkəbləşmələr


ƏDƏBİYYAT

Aleksandrov B.L. Abnormally high reservoir pressures in oil and gas basins. Nedra. Moscow, 1987, 216 p. (in Russian).

Buryakovsky L.A., Dzhevanshir R.D., Aliyarov R.Yu. Geophysical methods of study of geofluidal pressures. Elm. Baku, 1986, 148 p. (in Russian).

Dobrynin V.M., Serebryakov V.A. Methods of prediction of abnormally high reservoir pressures. Nedra. Moscow, 1978, 232 p. (in Russian).

Efendiyev G., Isayev R., Piriverdiyev I. Decision-making while drilling wells based on the results of modeling the characteristics of rocks using probabilistic-statistical methods and fuzzy logic. ISAIC 2020, Journal of Physics: Conference Series, Vol. 1828, 2021, https://iopscience.iop.org/article/ 10.1088/1742-6596/1828/1/012016/pdf

Efendiyev G.M., Mammadov P.Z., Piriverdiyev I.A. Modeling and evaluation of rock properties based on integrated logging while drilling with the use of statistical methods and fuzzy logic. 10th International Conference on theory and application of soft computing, computing with words and perceptions – ICSCCW-2019. Advances in intelligent systems and computing book series (AISC), Vol. 1095, 2019, pp. 503-511.

Khalilov N.Yu., Balayev E.S. The effect of abnormally high reservoir pressures on reservoir and shale parameters in the Baku Archipelago areas. Gas Industry, Express Information, Series: Development of Oil and Gas Resources for Offshore Fields, Vol. 6, 1981, pp. 512 (in Russian).

Mekhtiyev P.G., Yusifov M.G. Specific features of distribution of abnormally high pore pressures in the Baku Archipelago areas. Oil and Gas Geology, No. 8, 1982, pp. 51-53 (in Russian).

Mkpese U.U. Estimation of overpressures from porosity based method: a theoretical approach applied to the central/coastal swamp depo-belts of the Niger delta basin. International Journal of Advanced Geosciences, Vol. 6, No. 1, 2018, pp. 14-26.

Shykhaliyev Yu.A., Feyzullayev A.A., Lerche I. Pre-drill over-pressure prediction in the South Caspian Basin using seismic data. Energy Exploration & Exploitation, Vol. 28, No. 5, 2010, pp. 397-410.

DOI: 10.33677/ggianas20220100070