№ 2, 2017

Zonal-qeyri-bircins neft laylarının işlənilməsi zamanı su axınlarının təcrid edilməsinin modelləşdirilməsi

B.A.Süleymanov, X.A.Feyzullayev

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A, E-mail: Baghir.Syleymanov@sokar.az

Kapilyar hadisələr, təcridolunma dərəcəsi (qalıq müqavimət amili) və təcridetmə agentinin nüfuzetmə dərinliyi nəzərə alınmaqla flüidlərin bircins və zonal – qeyi-bircins üfüqi layda ikifazalı üçkomponentli süzülməsi prosesində su axınlarının təcrid edilməsinin riyazi modeli təklif edilmişdir. Model həm yatağa təsiretmənin ən yaxşı anını, həm də təcridedilmənin zə­ruri dərə­cəsini seçməyə imkan verir. Göstərilmişdir ki, su axın­larının təcridolunma dərəcəsi prosesin səmərəliliyinə əhəmiy­yətli dərəcədə təsir edir, belə ki, yatağın işlənilməsinin ixtiyari mərhələsində təcridolunma dərəcəsini tənzimləməklə neftçıxar­ma əmsalının (NÇƏ) əhəmiyyətli dərəcədə artımı əldə edilə bilər. Aşkar edilmişdir ki, aşağı sulaşmada (su sıçrayışından dərhal sonra) prosesin həyata keçirilməsi zamanı təcridolun­manın effekti (baza və təcridolunma variantları üzrə NÇƏ-nin qiymətlərindəki fərq) əhəmiyyətli dərəcədə yüksək k1>k2, olduqda, k1<k2, olduğu hala nəzərən, həmişə yüksək, son NÇƏ isə əks halda həmişə yüksək olur.

JURNAL ARXİVİ