№ 1, 2018

Multifazali yiğim-nəql boru kəmərlərində korroziya problemləri

Q.Q.İsmayılov¹, E.X.İskəndərov², F.B.İsmayılova²

1 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AZ1010, Bakı, Azadlıq prospekti, 20

2 – ETİ “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya”, AZ1010 Azərbaycan, Bakı ş., D.Əliyeva k., 227

Məqalədə multifazalı yığım-nəql sistemində korroziya-eroziya proseslərinin səbəbləri araşdırılmış, proble­min həlli istiqamətində tədqiqatlar aparılmış və Azərbaycan yataqlarının timsalında neft-mədən texnoloji boru kəmərlərinin korroziyası prosesləri təhlil edilmişdir. Başlanğıc təzyiqin fərqli qiymətlərində müxtəlif­diametrli boru kəmərləri üçün trasın relyefindən və nəql olunan məhsulun özlülüyündən asılı olaraq multifazalı sis­temlər üçün optimal nəql məsafəsinin təzyiq və kəmərin diametri artdıqca çoxalması, relyef əmsalının artması ilə isə azalması göstərilmişdir. Axının müxtəlif sürətləri üçün boru kəmərlərində yaranan sürtünmə gücünün mexaniki hissəciklərin ölçüsündən asılılığı müəyyən edilmişdir. Təhlil göstərmişdir ki, yığım-nəql xətlərini daha çox eroziyaya məruz qoyan d>0,5 mm ölçülu fraksiyaların kəmərin başlanğıcında süzgəcdən keçirilməsi korroziya sürətini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verir. Texnoloji boru kəmərlərinin başlanğı­cında hidrosiklonların quraşdırılması ilə mexaniki hissəciklərin drenaj tutumlarında yığılması və utilizasiyası tövsiyə edilmişdir.

Məqaləni yüklə

JURNAL ARXİVİ