№ 2, 2019

Deformasiya zolaqli laylarda neft əmsalinin qiymətləndirilməsi üçün maye axinin simulyasiyasi və onun Yasamal dərəsinin deformasiya zolaqlarinin topologiyasindan asliliğinin öyrənilməsi

Alxaslı Ş.B.

Xəzər Universiteti AZ1096, Bakı, М. Gəncəvi küç., 11: hniknafs@khazar.org

Xülasə. Tədqiqatın əsas məqsədi deformasiya zolaqlı laylarda neft əmsalının qiymətləndirilməsi və onun Yasamal dərəsinin deformasiya zolaqları əsasında topologiyasından aslılığının öyrənilməsidir. Yasamal dərəsinin sol qanadındakı Balaxanı və Sabunçu lay dəstələri öyrənilmişdir. Yasamal dərəsinin deformasiya zolaqları şəbəkəsi əsasında əlli geoloji model yaradılmış, və deformasiya zolaqlarının keçiriciliyinin müxtəlif ssenariləri ilə ikifazalı maye axınıları simulyasiya edilmişdir. Suvurma simulyasiyalarının əsasında bildirmək olar ki, qumdaşı laylarında deformasiya zolaqlarının olması yekun neftvermə əmsalını əhəmiyyətli dərəcədə azaldır. Bunu da qeyd etmək vacibdir ki, geoloji modellərin sayı əlli olması yekun neftvermə əmsalı qiymətinin müəyyən diapazonunu öyrənməyə imkan yaradır. Həmçinin, neftvermə əmsalının ən az, ən çox və orta ehtimali qiymətləri hesablanmışdır. Nəticələrə əsasən, deformasiya zolaqlarının keçiriciliyin 0,2·10−6, 2·10−5, 2·10−4 mDarsi-yə qədər azaldığı halda neft əmsalına böyük təsiri var, lakin bu rəqəm 2·10−3 olduqda təsirin minimal olması aydın olur. Oxşar tendensiya neft əmsalının topoloji parametrlərlə əlaqəsindədə müşahidə olunur. Yekun neftvermə əmsalı qiymətinin və topoloji parametrlər arasında əlaqənin mövcud olduğu müşahidə edilmişdir. Yasamal dərəsindən əldə edilən məlumatlar əsasında, bu işdə deformasiya zolaqlı qumdaşı laylarının neftvermə əmsalının qiymətlən-dirilməsinin metodikası qurulmuşdur və bu müxtəlif ssenarilər üçün deformasiya zolaqları şəbəkəsinin son neftvermə əmsalına təsiri-ni qiymətləndirməyə imkan vermiş və dinamik nəticələri geoloji modellərin deformasiya zolaqlarının kəsişməsi və intensivliyi kimi topoloji parametrlərlə ilə əlaqələndirmişdir.

Açar sözlər: deformasiya zolaqları, Yasamal dərəsi, deformasiya zolaqlı laylarda maye axının simulyasiyası, deformasiya zolaq-larının topologiyası

 

ƏDƏBİYYAT

Aydin A. Small faults formed as deformation bands in sandstone. Pure and Applied Geophysics, V. 116, No. 4-5, 1978, pp. 913-930.

Alizadeh A.A., Akhmedov G.A., Akhmedov A.M., Aliyev A.K., Zeynalov M.M. Geology of the oil and gas fields of Azerbaijan. Nauka. Moscow, 1966, 233 p. (in Russian).

Fossen H., Soliva R., Ballas G., Trzaskos B., Cavalcante C., Schultz R.A. A review of deformation bands in reservoir sandstones: geometries, mechanisms and distribution. Geological Society, London, Special Publications, V. 459, 2017, pp. 9-33.

Zuluaga L.F., Rotevatn A., Keilegavlen E., Fossen H. The effect of deformation bands on simulated fluid flow within fault-propagation fold trap types: Lessons from the San Rafael monocline, Utah. AAPG Bulletin, V. 100, No. 10, 2016, pp. 1523-1540.

Rotevatn A., Sandve H., Keilegavlen E., Kolyukhin D., Fossen H. Deformation bands and their impact on fluid flow in sandstone reservoirs: The role of natural thickness variations. Geofluids, V. 13, No. 10, 2013, pp. 359-371.

 

Məqaləni yüklə

DOI:10.33677/ggianas20190200034

JURNAL ARXİVİ

Crossref Member Badge Crossref logo