№ 1, 2018

Xəzər dənizinin qərb sahili litosferinin qeyri-bircinsliliyi, dərinlik quruluşu və müasir geodinamik xarakteristikası

G.R.Sadıqova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Məqalədə Xəzər dənizinin qərb sahili boyu uzanan Samur-Bakı profilinin qeyri-bircins sıxlıq modelin­dən istifadə edilərək 2D qravitasiya modeli qurulmuş və profilin geodinamik xarakteristikaları tədqiq edilmiş­dir. 2D qravitasiya modeli Yer qabığının üst sərhədlərinin və Moxo sərhədinin sıxlıq sərhədləri seçmə üsulu ilə tərtib olunmuş, bazalt (28-32 km) və Moxo sərhədləri (47-57 km) dəqiqləşdirilmişdir. Profilboyu müasir şaquli və üfüqi hərəkətlərin sürət əyriləri təhlil edilmiş və Yer qabığında gərginliktoplanma zonaları müəy­yən­ləşdirilmişdir. Samur-Bakı profilinin geodinamik şəraitinə təsir nətəcəsində əlavə hiss edilən gərginlik ya­ra­dacaq zəlzələlərin ocaq radiusu və maqnitudası müəyyən edilmişdir.

Məqaləni yüklə

JURNAL ARXİVİ